Ağdaş taxılçıları biçinə ciddi hazırlıqla başlayıblar
Ağdaş rayonunun taxılçıları biçin kampaniyasına başlayıblar və ilkin olaraq arpa yığılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, taxılçılıq Ağdaşda aqrar sektorun aparıcı sahələrindəndir və cari ildə 17 min 287 hektarda məhsul yetişdirilib. Zəmilərin 12 min 997 hektarı arpa, qalanı isə buğdadır. Biçinə ciddi hazırlıqla başlanılıb. Bu mühüm kampaniyada 60-a yaxın kombaynın qüvvəsindən istifadə ediləcək. İlk gündə zəmilərə 40-dan çox kombayn çıxarılıb.
Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Abad, Kotavan, Qaradeyin və bir sıra digər inzibati ərazi dairələrində biçinə ciddi hazırlıqla başlanılıb. İlk hektarlardan orta hesabla 24 sentnerdən çox məhsul götürülür. Mütəxəssislər məhsuldarlığın artacağı qənaətindədirlər.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar