Ağdaşda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaşda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİBAğdaşda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB
Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Bu barədə "Report"un Qərb bürosu xəbər verir.
Məlumata görə, rayonun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması zamanı 1971-ci il təvəllüdlü Rahilə Əhmədova, nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova və 1984-cü il təvəllüdlü Seymur Əhmədov ölüb. Ölənlər "VAZ-2107" markalı avtomobilin sürücüsü, onun anası və qızıdır.
Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.
09:20
Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə FHN məlumat yayıb.
Bilirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri "Mercedes" markalı minik avtomobilindən, iki nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. /oxu.az

Sosial       Tarix: 07 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar xeber gunun xeberleri son xeber az