Ağır məktəbli çantaları uşaqların sağlamlığına təhlükə yaradır' - Ekspertdən xəbərdarlıq
Son günlər şagirdlər və valideynlər arasında məktəb çantalarının həddindən artıq ağır olması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Təhsil prosesinə mənfi təsir göstərə bilən bu problem uşaqların həm fiziki sağlamlığını, həm də gündəlik dərs rejimini çətinləşdirir.
Təhsil eksperti Rizvan Fikrətoğlu azxeber.com-a açıqlamasında deyib ki, məktəb çantalarının ağırlığı uşaqların sağlamlığına zərərlidir:
"Məktəb çantaları çox vaxt normadan artıq ağır olur. Bu, uşaqların sağlamlığına təsir edə bilər. Uzun müddət ağır çanta daşımaq bel və çiyin ağrılarına, duruş pozulmasına səbəb ola bilər. Çantaların ağır olmasının səbəbləri çoxdur. Dərs vəsaitlərinin çoxluğu, lazımsız əşyaların, elektron cihazların, su qabı və digər əlavə yüklərin çantaya qoyulması uşaqları narahat edir. Mütəxəssislərə görə, çantanın çəkisi uşağın bədən çəkisinin 10-15 faizindən çox olmamalıdır".
Ekspert bildirib ki, bu məsələnin bir sıra həlli yolları var:
"Lazımsız əşyaları çantaya qoymaq olmaz. Uşaq hər gün yalnız lazım olan kitab və dəftərləri götürməlidir. Məktəb şkaflarından istifadə etmək olar və mümkün olduğu halda kitabların bir hissəsi məktəbdə saxlanıla bilər. Elektron vasitələr də burada çox önəmlidir. Kağız kitabların əvəzinə planşet və ya elektron versiyalardan istifadə oluna bilər, amma bu da balanslı olmalıdır".
Təhsil eksperti vurğulayıb ki, düzgün çanta seçimi də vacibdir:
"İki çiyinli və ortopedik çanta olmalıdır. Enli və yumşaq qayışları olmalı, bel dəstəyi olan dizayna üstünlük verilməlidir. Çanta hər iki çiyində daşınmalıdır. Çantanı bir çiyində daşımaq skolioza, belin əyilməsinə gətirib çıxara bilər. Həmçinin vaxtaşırı çantanın içərisi valideyn tərəfindən yoxlanmalıdır".
Şahanə Ziyad

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu