Ağızdan gələn pis qoxu hansı xəstəliklərə işarədir?

Ağızdan gələn pis qoxu hansı xəstəliklərə işarədir?Ağızdan gələn pis iy insanın ətrafdakılardan utanmasına, kompleks yaşamasına səbəb olur. Bu problem çox vaxt gigiyena qaydalarına əməl olunmamaqdan, çürük dişlərdən qaynaqlansa da, bəzi xəstəliklərin olmasına da işarədir.
Araşdırmalara görə, hər 4 nəfərdən birinin ağzından pis qoxu gəlir. Diş əti xəstəliklərini, siqaret çəkməyi də pis qoxunu yaradan səbəblər sırasında göstərirlər.
Tütün diş əti xəstəliyini artırdığı üçün ağızdan gələn pis iyi daha da gücləndirir. Eləcə də, dişlərə yapışıq qalan qidanın parçalanması, dişlərin yaxşı təmizlənməməsi iyin yayılmasına gətirib çıxarır. Soğan və sarımsaq, onlardan hazırlanan qidalar da kəskin pis qoxunun yaranmasına səbəb olur.
Tüpürcək ağız boşluğunu təmizləyir. Bu səbəbdən də ağız quruluğu kimi spesifik bir xəstəlik xoşagəlməz qoxunu yaradar.
Ağızdan pis qoxu gəlməsin deyə, təbii ki, dişlər düzgün qaydada fırçalanmalı, ağız boşluğu gigiyenasına əməl olunmalıdır. Dişlər müntəzəm fırçalanmırsa, dişləri bakteriya təbəqəsi örtər. Bakteriya təbəqəsi diş ətlərinin iltihabına səbəb ola bilər. Eləcə də, bəzi dərman vasitələrinin qəbulu ağızdan xoşagəlməz iyin gəlməsilə nəticələnər.
Ağız gigiyenasına əməl olunduqdan, siqaret də çəkilmədiyi halda, yenə də ağızdan pis qoxu gəlməyə davam edərsə, həkimə getmək məsləhət olunur. Belə ki, ağızdan gələn pis qoxu ciddi xəstəliklərin əlaməti olaraq meydana çıxa bilər. Ağızdan gələn kəskin, xoşagəlməz qoxu yuxarı tənəffüs yollarının yoluxmasına da işarədir. Kəskin və ya xroniki tonzillit, angina, difteriya və yolxucu mononukleoz kimi xəstəliklər zamanı ağızdan pis iy gələ bilər. Öskürək ilə üfunətli bəlğəmin ifraz olunması isə ağ ciyərlərin irinli iltihabının əlamətidir.
Burunda yad cismin qalması da ağızdan gələn pis iyə səbəb olur. Bəzən uşaqlar bilmədən xırda detalları, kürəciklər, meyvə çəyirdəklərini və s. kimi kiçik qida hissəciklərini burunlarına salırlar və çıxara bilmirlər. Burunda ilişib qalan xırda əşyalar sonradan burun-nəfəs yollarından daha da dərinlərə gedir. Xoşagəlməz iylə yanaşı bu zaman insan asqırır və ağrı hiss edir.
Ağızdan kəskin qoxunu yaradan digər amil həzm və biliar sistemin xəstəlikləridir. Həzmin pozulması, mədə şirəsinin turşuluğunun azalması, qaraciyər serrozu kimi mədə-bağırsaq xroniki xəstəlikləri zamanı ağız boşluğuna nə qədər qulluq olunsa da iy keçmir. Burunun selikli qişasının xroniki iltihabı, rinit olduqda da ağızdan pis qoxu gəlir.
Ağızdan gələn pis qoxudan qurtulmaq üçün həkimlər yeməkdən sonra ağıza mixək atmaq və ya cəfəri çeynəmək, cirə, zirə, razyana kimi toxumların istər çayından, istərsə də üyüdülmüş tozundan istifadə etməyi məsləhət görürlər. Eləcə də, yeməkdən sonra adi su ilə ağız boşluğunu yaxalamaq nəfəsin tərəvətli qalmasına xidmət edər. Ağzı su ilə yaxalamaq dişlərdə ilişib qalan yemək qırıntılarını təmizləyir. Yeməkdən əvvəl və sonra alma yemək də ağız qoxusunu aparır.
Bəzi içkilər də nəfəsimizin təravətli qalmasına kömək edər. Məsələn, limon şirəsinin içinə təzə nanə yarpağı atıb, blenderdən keçirin. Alınan şirəni yeməkdən sonra yarım stəkan için.
Onu da qeyd edək ki, ağızda pis qoxu yaranmasın deyə həkimlər ildə iki dəfə dişlərini yoxlatmaq, diş ətinin təmizliyi və sağlamlığı üçün stomatoloqa getməyi tövsiyə edirlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 17 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbər valyuta mezennesi valyuta mezennesi 2026 sou xeberler bugun