"Aİ-92" markalı benzin ucuzlaşacaq?
""Aİ-92" markalı benzinin ucuzlaşma ehtimalı sıfıra yaxındır".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
"Neft bahalaşırsa, benzin necə ucuzlaşa bilər? "Aİ-95"in qiyməti təbii inhisarçı olan SOCAR tərəfindən tənzimlənir, dövlət tərəfindən tənzimlənmir, yəni bu markalı benzin Tarif Şurasına aid deyil. SOCAR isə istədiyi qiyməti istədiyi vaxt qoya bilir. "Aİ-92" markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimlənir. Tarif Şurası istənilən an bu benzinin qiymətini artıra da bilər, azalda da. İndiki dövrdə düşünmürəm ki, qiymətin ucuzlaşması ilə bağlı qərar versinlər, çünki benzinin qiymətini bu yaxınlarda artırıblar. Ucuzlaşma bir kənara qalsın, heç olmasa bahalaşdırmazdılar, amma bahalaşdırdılar. Dizel yanacağı 10 qəpik, "Aİ-95" isə 5 qəpik bahalaşdı. Buna görə də "Aİ-92" markalı benzinin ucuzlaşacağı ehtimalı sıfıra yaxındır", – o bildirib.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı