Aİ COP29 öncəsi iqlim maliyyəsi ilə bağlı nəticələri təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası bu gün 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi iqlim maliyyəsi ilə bağlı nəticələri təsdiqləyib.
Bu barədə Aİ Şurası məlumat yayıb.
Aİ Şurası vurğulayıb ki, Aİ və ittifaqa üzv dövlətlər inkişaf etmiş ölkələrin 2025-ci ilə qədər iqlimin maliyyəsinə hər il 100 milyard ABŞ dolları məbləğində vəsaiti kollekti şəkildə təmin etməyə sadiqdilər, bu məqsədə ilk dəfə 2022-ci ildə nail olunub.
Şura gələcəkdə iqlim maliyyəsinin təmin edilməsindəki öhdəliyini vurğulayaraq 2025-ci ildən sonra da yeni kollektiv kəmiyyət hədəflərinə çatmağa dəstək vermək niyyətində olduğunu bildirib: "Aİ və onun üzv dövlətləri beynəlxalq ictimai iqlim maliyyəsinə dünyanın ən böyük töhfə verən təşkilatıdır və 2013-cü ildən bəri inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün iqlim maliyyəsinə verdiyi töhfələri iki dəfədən çox artırıb".
///apa / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb