Aİ İsrailin özünü müdafiə etmək hüququnu tanıdı
Avropa İttifaqı Qəzzada humanitar fasilənin elan edilməsinə çağırış edib.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki Aİ Qəzzada dərinləşən humanitar böhrandan ciddi narahatlıq duyur.
"Aİ hərbi əməliyyatların dərhal dayandırılması və humanitar yardımın Qəzza əhalisinə təhlükəsiz şəkildə çatması üçün sərhəd keçidlərində imkanların artırılması və xüsusi dəniz marşrutu da daxil olmaqla humanitar dəhlizlərin yaradılması çağırışlarına qoşulur", – deyə Aİ-nin ali nümayəndəsi Borrell bildirib.
Bəyanatda qeyd olunub ki, Aİ İsrailin özünü müdafiə etmək hüququnu tanıyır.
"Aİ humanitar dəhlizlər və humanitar ehtiyaclar üçün fasilələr də daxil olmaqla, bütün zəruri tədbirlər vasitəsilə ehtiyacı olanlara yetişmək üçün davamlı, sürətli, təhlükəsiz və maneəsiz humanitar giriş və yardıma çağırır. Bu baxımdan biz noyabrın 9-da Parisdə keçirilən humanitar konfransın nəticələrini alqışlayırıq".
Bəyanatda həmçinin HAMAS-a bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırış təkrarlanıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) girovlarla əlaqəyə icazə verilməsinin vacibliyi vurğulanıb.
"Aİ HAMAS-ın xəstəxanalar və mülki şəxslərdən canlı qalxan kimi istifadəsini pisləyir. Mülki şəxslərin döyüş bölgəsini tərk etməsinə icazə verilməlidir. Bu döyüşlər mülki əhali və tibb işçilərinə dəhşətli zərbə vurur. Aİ vurğulayır ki, beynəlxalq hüquq xəstəxanaların, tibbi ləvazimatların və xəstəxanalardakı mülki şəxslərin qorunmasını tələb edir. Xəstəxanalar həmçinin təcili tibbi yardım ləvazimatları ilə dərhal təmin edilməli və ehtiyacı olan xəstələr təhlükəsiz şəkildə təxliyə edilməlidir. Bu kontekstdə biz İsraili mülki şəxslərin müdafiəsini təmin etmək üçün maksimum təmkin nümayiş etdirməyə çağırırıq. Aİ və onun üzv dövlətləri davamlı yardımı təmin etmək və qida, su, tibbi xidmət, yanacaq və sığınacaq əldə etmək imkanını asanlaşdırmaq üçün beynəlxalq tərəfdaşlar, BMT və digər qurumlar eləcə də region ölkələri ilə sıx əməkdaşlığı davam etdirəcək", – deyə Borrellin bəyanatında vurğulanıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ