Aİ Missiyası Azərbaycan əleyhinə istifadə olunur - Nazir
"Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur".
KONKRET.azxəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
"Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur.
Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Aİ-nin "tərəfsiz vasitəçi" kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz", – deyə o qeyd edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi