Aİ-nin Azərbaycandakı nümayəndəliyi: "Bakı küçələrində iğtişaşları dəstəkləmirik
Aİ-nin Azərbaycandakı nümayəndəliyi: "Bakı küçələrində iğtişaşları dəstəkləmirik"
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bəyanatında bildirilib.
"Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq", - bəyanatda deyilir.
Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir:
"Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik".
"Aİ nümayəndəliyi beynəlxalq hüquq və təcrübəyə uyğun olaraq, Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə əlaqələrə malikdir. B
u, o deməkdir ki, biz dinləyirik, lakin tərəf tutmuruq. Bütün dünyada diplomatik xidmətlər tərəfindən tətbiq olunduğuna görə, biz də həm hökumət nümayəndələri, həm də müxalifət, vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük", - bəyanatda bildirilib.
Xatırladaq ki, daha əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab olaraq mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı