AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edibOktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Qeyd edilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsi yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə şərait yarada bilər.
Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji əhəmiyyətli bölgə olduğunu vurğulayıb. Zəngəzur dəhlizi və bu çərçivədə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Bildirilib ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru nəqliyyat əlaqəsinin təmin olunmasına, eləcə də dəmir yolu xətti vasitəsilə Türkiyə ilə bağlantısının gücləndirilməsinə imkan yaradacaq. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin artması üçün yeni imkanlar açacağı qeyd olunub.
Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqət mərkəzində olub. Elektrik enerjisinin Türkiyəyə ixracı və daha geniş bazarlara çıxarılması imkanları vurğulanıb.
Kənd təsərrüfatının inkişafı, istehsalın artırılması, fermerlərə dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsi istiqamətində görülən işlərdən də bəhs olunub. Bununla yanaşı, Naxçıvanın turizm potensialının reallaşdırılması, turizm sənayesinin inkişafı, metallurgiya sahəsində yeni istehsal imkanlarının yaradılması məsələləri müzakirə edilib. Sahibkarlara tətbiq olunan 10 illik vergi güzəştləri, investisiya mühitinin yaxşılaşdırılması və regionun gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Sunniya Durrani-Camal nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunaraq, Asiya İnkişaf Bankının onların maliyyələşdirilməsi üçün təqdim etdiyi imkanlar, o cümlədən güzəştli kreditlərin rolu barədə danışıb. Səfərin əhəmiyyətini vurğulayan bankın Azərbaycan üzrə direktoru Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib.
Görüşdə qarşıdakı illərdə Asiya İnkişaf Bankının iştirakı ilə həyata keçirilə biləcək layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edibAİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

Siyasi       Tarix: 14 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana

9 oktyabrda Türkmənistanın Avaza şəhərində Müstəqil Dövlətlər Birliyinin sammiti keçirilib. "Unikal"a istinadla xəbər verir ki, rəsmi hissədən əvvəl Azərbaycan, Ermənistan və Belarus liderləri qeyri-rəsmi söhbətlə

İlham Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. KONKRET.azməktubun mətnini təqdim edir:. "İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınız

"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub

"Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər"

Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü

Əhliman Əmiraslanov Türkiyə parlamentinin deputatları ilə görüşüb. xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov oktyabrı

Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı

1946-1950-ci illərə aid məxfiliyi açılmış CIA sənədlərinin əsas intriqası casusluq texnikasından çox, bir adamın, İosif Stalinin beyninə yol tapmaq cəhdi oldu. Müharibədən sonra Harri Truman təzə yaradılmış Hesabatlar v

Türkiyədən Azərbaycanla bağlı saxta paylaşım edənlərlə bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib. xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamad

Putin İlham Əliyevi Rusiyaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib. teleqraf-a istinadən xəbər veri

AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktor

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə -a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri açan BDU-nun rektoru Elçin Babaye


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxeberler xeber.az 2026 ən son xəbərlər