Akar öldürülən türk vətəndaşları ilə bağlı şok detalları AÇIQLADI - Onların sonu gəldi

Akar öldürülən türk vətəndaşları ilə bağlı şok detalları AÇIQLADI - Onların sonu gəldiTürkiyə Milli Müdafiə naziri Hulusi Akar İraqın şimalındakı Qara bölgəsində aparılan "Pəncə Aslan-2" hərəkatı ilə bağlı açıqlama verib.
Publika.az-ın məlumatına görə, Silahlı Qüvvələrin komandanları ilə ilə birgə Şırnakdakı hərəkat mərkəzinə gedən Akar PKK/KCK və digər terror ünsürlərinin təmizlənməsi, sərhəd təhlükəsizliyinin təminatı və daha əvvəl terrorçular tərəfindən qaçırılan vətəndaşların xilas edilməsi üçün 10 fevralda start götürən hərəkatın detallarını açıb.
Bildirilib ki, Doxukdan Ərbilə qədər uzanan Qara bölgəsində 75 km uzunluq, 25 km enliyində gerçəkləşdirilən "Pəncə Aslan-2" hərəkatında komandolar taktiki, aldatma və örtük strategiyası izləyib. Döyüş təyyarələri, havadan xəbərdarlıq-nəzarət, tanker və dəstək təyyarələri daxil, Hərbi Hava Qüvvələrinə məxsus 41 təyyarə bölgədə çox geniş ərazidə 50-dən çox hədəfi məhv edib. PKK-nın Qaradakı mağaraları, qərargahları, sursat anbarları, sığınacaq və düşərgələri yerlə yeksan edilib.10 fevral saat 02:55-də başlayan quru hərəkatını icra etmək üzrə xüsusi təyinatlılar 04:55-də yerə endirilib.
Ağ dağdakı mağaranın ətraflı məlumatları kəşfiyyat xidmətinə ötürülüb, girovlarının yerlərinin dəyişdirilməsi ehtimalına qarşı bölgə uzun müddət izlənilib. Bölgənin maketi çıxarılıb və model ərazi üzərində ssenari hazırlanaraq təlim keçirilib.
Xüsusi təyinatlılar mağaraya qarşı 3 istiqamətdən əməliyyata başlayıb. PKK-çılarla insidentdə 3 əsgər şəhid olub, 3-ü yaralanıb. 2-si sağ, 3-ü qondarma lider olmaqla, 53 terrorçu zərərsizləşdirilib. İlk kəşfiyyat məlumatına görə, mağarada bir otaqda 12-13, digərində 2-si olmaqla, 15 girovun saxlanıldığı ehtimal edilirdi. Əməliyyatın sonunda 13 türk vətəndaşı ölü tapılıb. Terrorçuların hava hərəkatından dərhal sonra girovları öldürdüyü öyrənilib. Onlardan 12-si başından, 1-i çiynindən vurulub. Cəsədlər çıxarıldıqdan sonra mağara partladılıb.
Qeyd edək ki, Qaradakı hərəkatla Kandil, Mahmur və Sincardakı mövcudluğu təhlükəyə düşən terror təşkilatının əsas qərargahı olan Kandildəki kökünü qazımaq Türkiyə Silahlı Qüvvələrinin qarşısında dayanan vəzifədir.
Hərərkat çərçivəsində bölgəyə sızmağa çalışan terrorçular məhv edilib. Hərəkatdan sonra birliklər bazaya geri qayıdıb. Qara bölgəsi PUA sistemləri ilə 7/24 nəzarət altında saxlanılır. Ərazinin quruluşu və və təhlükəsizliyin çətinliyi səbəbilə bölgədə baza qurulmayıb. Yeni kəşfiyyat məlumatları əsasında bölgədə əməliyyatlar davam edəcək.
Zümrüd

Dünya       Tarix: 15 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe cəbhədən xəbər xəbərlər.com