Akif İslamzadə Tolikin verilişindəki davadan danışdı: "…efirləri də o gündədir"
"Space TV"də yayımlanan "Tarixin bir günü" verilişində müğənnilər arasında qalmaqal yaşanıb.
Hadisə efir zamanı səsli şəkildə göstərilməsə də, aparıcı Tarix Əliyev (Tolik) öz YouTube kanalında paylaşdığı videoda baş verənlər izləyiciləri heyrətə gətirib. Məlum olub ki, proqramda müğənni kimi təqdim edilən Firuzə Babayeva ilə Mehriban Qənbərova arasında gərginlik yaranıb. Qonaqlar efir zamanı bir-birinə qarşı qeyri-etik ifadələr səsləndirib və daha sonra ayağa qalxaraq mübahisəni davam etdiriblər. Verilişdə iştirak edən digər şəxslər onların qarşıdurmasını dayandırmağa çalışıblar.
Hadisə sosial şəbəkələrdə geniş tənqid edilib və bu cür davranış sərgiləyən ifaçıların efirə çıxarılmaması ilə bağlı çağırışlar səsləndirilib.
Maraqlıdır, efirlərimiz niyə bu qədər aqressiv atmosferə bürünür? Ötən əsrin televiziya məkanından fərqli olaraq, indiki efirlərdəki kəskin dəyişimin səbəbi nədir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Akif İslamzadə deyib ki, dünyanın əxlaqı, ədəb-ərkanı, insanları necədirsə, efirləri də elədir.
Onun fikrincə, bütün dünyada eyni proses davam edir:
"Görün, dünya özü nə gündədirsə, kanalları da, musiqiçiləri də, aparıcıları da o gündədir. Yaxşı ifaçılarımızı, vətəndaşlarımızı çıxmaq şərtilə, bu gün əksəriyyət bu gündədir. Dünya necədirsə, jurnalistləri, müğənniləri, aparıcıları, yazarları, bəstəkarları da eyni olur. Efirə çıxan zaman bizə özümüzü necə aparmaq lazım olması ilə bağlı tapşırıq verilmirdi. Çünki hər kəs özünü ədəbli aparmağı bacarırdı, çərçivəni aşmırdı, öz ədəb-ərkanına uyğun davranırdı. Bu gün də elədir, hər kəs öz tərbiyəsini, əxlaqını göstərir. Bir kanalımız var idi, ora da çıxmaq üçün əldən gələn yaxşı işlər görürdülər".
Akif İslamzadənin sözlərinə görə, bu gün efirlərimiz kütləni sürüyə çevirməklə məşğuldur:
"Bu gün baş verəcəklərlə bağlı hədislərimiz də var. Orada deyilir ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcək. Həmin dövrə çatırıq, iş yerlərində kişilər sıradan çıxarılır. Məktəblərdə qızlar, oğlanlar bir-birinə bıçaq çəkir. Səbəb isə kişi işçilərinin azalmasıdır. Demirəm, qadın pisdir. Xeyr, qadın anadır, bacıdır, həyat yoldaşıdır, yaxşı xanımlar baş tacımızdır. Düzdür, ədəb, tərbiyə evdən başlayır, məktəbdə, efirdə davam edir. Buna görə başqalarını qınaya bilmərik. Bir onu deyə bilərəm ki, günümüzdə yaşananlar biabırçılıqdır! Evdə uşaqlar daha əvvəl atadan, evin kişisindən, ağsaqqalından çəkinərdilər. İndi məsələ bir qədər fərqlidir. Qeyd edim ki, dəccalın ortaya çıxması üçün belə zaman olmalıdır. Vəssalam!".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib