Akif Qurbanov: "Yoluxmada artımın bu şəkildə davam etməsi narahatlıq yaradır

Akif Qurbanov: "Karantin rejiminin yumşaldılması, xüsusilə toyların keçirilməsinə icazə verilməsi, restoran və ticarət obyektlərinin, metronun açılması və digər yumşalma tədbirləri əhalidə müəyyən arxayınlıq yaratdı və nəticədə bu gün yoluxmaların sayında xeyli artım müşahidə olunmaqdadır. Yoluxma sayında artımın bu şəkildə davam etməsi narahatlıq yaradır".
Bunu Trend-ə TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
A.Qurbanov bildirib ki, yumşalma tədbirlərindən sonra insanlar arasında təmaslar artdı və təəssüf ki, pandemiya qaydalarına tam əməl olunmadığı üçün yoluxmaların da sayı artdı:
"Bu onu göstərir ki, bir qədər ehtiyatlı olmalıyıq, vaksinasiya prosesində daha aktiv iştirak etməliyik. Düzdür, insanların müəyyən qismi vaksinasiya olunub, bir qismi isə xəstəliyi keçirib, ancaq nəzərə almaq lazımdır ki, vaksinasiya olunmayan, virusa yoluxmayanların da sayı çoxdur. Ona görə də hazırda yoluxmanın artması fonunda qorunma tədbirlərinə əməl etməyimiz vacibdir.
Yoluxmaların sayında artım eyni zamanda onu göstərir ki, hələ də əhali arasında virusa qarşı kütləvi immun formalaşmayıb. Ona görə də qorunma qaydalarına ciddi əməl olunmalıdır. İkinci tərəfdən bizim bir yolumuz var, vaksinasiya. Vaksinasiya olunmayanlar hökmən peyvənd vurdurmalıdır. Hamımız vaksinasiya olunsaq, onda yoluxma sayları bizi o qədər də narahat etməyəcək".
A.Qurbanov bildirib ki, pandemiya hələ bitməyib: "Azərbaycanda vəziyyətin nisbətən əlverişli olması dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir. Qonşu ölkələrdə nələr baş verdiyini hər kəs yaxşı görür, yəni yoluxma sayları həddən artıq çoxdur. Azərbaycanda da yoluxma saylarında artımın bu şəkildə davam etməsi artıq narahatlıq yaradır. Normal həyata qayıtmaq, yenidən sərt qaydaların tətbiq olunmamasını istəyiriksə, onda gərək ehtiyatlı olaq, hamımız vaksinasiyada iştirak edək".

Sosial       Tarix: 10 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun hava proqnozu cəbhədən yeni xəbərlər xeberler