Akopyan: "Biz yenə uduzduq. Əsas yol Xankəndi-Ağdam istiqamətində olacaq"
"BMT Təhlükəsizlik Şurasının Artsax məsələsi ilə bağlı iclası maraqlı şou idi və orada maraqlı tərəflər əvvəllər səsləndirdikləri mövqelərini təsdiqlədilər".
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi strateq Vigen Akopyan bildirib.
Onun sözlərinə görə, "BMT tribunası geosiyasi və regional mərkəzlərin öz fikirlərini ifadə etdiyi əlavə məkana çevrilib. Bu müzakirə zamanı bir dənə də olsun gözlənilməz mövqe eşitmədim".
Vigen Akopyan diplomatik işdən danışmağı və Ermənistan tərəfini kifayət qədər iş görmədiyinə görə tənqid etməyi lazımsız hesab edir. "Bəzi dövlətlər Xankəndi-Ağdam yolunun istismarından danışır, əslində isə onu Laçın dəhlizi ilə eyniləşdirirdilər", – deyən Akopyanın sözlərinə görə, artıq beynəlxalq müstəvidə də məğlubiyyət baş verdi. "BMT Təhlükəsizlik Şurasının müzakirəsi erməni tərəfi üçün uğursuz olub". Artıq ermənilər etiraf edirlər ki, əsas yol Xankəndi-Ağdam istiqamətində olacaq.
O, hesab edir ki, "Ermənistan xarici işlər naziri Qarabağ ermənilərinin siyasi və hüquqi komponentini təqdim etmək əvəzinə yalnız humanitar məsələlərdən danışıb. Bu, təbii ki, təəccüblü deyil, çünki Ermənistan lideri Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyib".
"Qarabağın öz müqəddəratını təyinetmə hüquqları artıq Ermənistan hakimiyyətinin gündəliyində deyil", – deyə Akopyan qeyd edib.
Sevinc Paşayeva,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ