Alavərdi Culfayev eks-kürəkənini məhkəməyə verdi

Alavərdi Culfayev eks-kürəkənini məhkəməyə verdiXətai Rayon Məhkəməsində Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandasının baş məşqçisi Alavərdi Culfayevin keçmiş kürəkəninə qarşı şikayətinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, A.Culfayev məhkəmədə keçmiş kürəkəni, 1978-ci il təvəllüdlü Fərqan Əlişovun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. O, F.Əlişovun Cinayət Məcəlləsinin 147 və 148-ci (Böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib.
Bildirilib ki, bir müddət əvvəl Fərqan Əlişov mətbuata açıqlamasında həyat yoldaşından boşanmasında A.Culfayevin rol oynadığını bildirib. O, baş məşqçiyə qarşı bir sıra iddialar səsləndirib və mətbuata müsahibəsində bu ifadələrə yol verib: "2009-cu ildə Culfayevin qızı ilə ailə həyatı qurmuşam. Evliliyimiz 2022-ci ilin iyununa kimi davam edib, iki qızımız var. Qayınatam ailəmizin dağılmasının əsas səbəbkarıdır.
Subay vaxtı Həzi Aslanov metrostansiyası yaxınlığında öz adıma ev almışdım. Evləndikdən sonra ailəmlə orada yaşamağı planlaşdırırdım. Ancaq qayınatam yoldaşımla köçüb dövlətin ona verdiyi evdə yaşamağı təklif etdi. Beləliklə, razılığa gəldik ki, biz ona verilən mənzildə qalaq, qayınatam isə şəxsi evimi kirayə verib pulunu özünə götürsün. Hər ay 380 manat kirayəpulu alırdı".
F.Əlişov eks-qayınatasını sözügedən evdən təyinatı üzrə istifadə etməməkdə ittiham edib: "Qonşular qayınatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Bundan sonra həmin kirayənişinləri oradan çıxardım və məcburən evi satdım. Satışdan əldə olunan pulla yaşadığımız evə əşyalar alındı, qalan hissəsi isə yoldaşımın borcu var idi, ona verildi. Qayınatamla münasibətlərimiz məhz bundan sonra pozuldu".
A.Culfayev keçmiş kürəkəninin ona böhtan atdığını, əxlaqsızlıq yuvası saxlama kimi cinayət əməlində ittiham etdiyini deyib.
Xətai Rayon Məhkəməsi F.Əlişovun müsahibəsində təhqir elementinin olmaması qənaətinə gələrək ona 148-ci maddə üzrə bəraət verib. Lakin barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxs 147.1 (Böhtan) maddəsi üzrə təqsirli bilinib. Ona 1500 manat cərimə cəzası verilib. / konkret.az

Hadisə       Tarix: 03 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan qarabag butun xeberler xəbərlər.com