Albaniya Prezidenti: "Azərbaycan ilə daha sıx əməkdaşlığa can atırıq
"Albaniya Azərbaycan ilə daha sıx əməkdaşlığa can atır"
azxeber.com xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Tiranada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Albaniya Azərbaycan ilə enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfərini iki dövlət arasında münasibətlər baxımından tarixi adlandırıb: "Mən siyasi dialoqumuza və əməkdaşlığımıza ən yüksək qiymət verirəm. Əminəm ki, bu səfər gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa güclü təkan verəcək".
Albaniya Prezidenti bildirib ki, bugünkü müzakirələrimizdə əsas diqqət ümumi maraq doğuran sahələrin və əməkdaşlığın dərinləşdirilməsinin konkret yollarının müəyyənləşdirilməsinə yönəldilib: "Biz yaxın illər üçün əməkdaşlığın konkret mərhələlərini və proqram ardıcıllığını müəyyənləşdirmək üçün ən yaxşı siyasi və texniki vasitə kimi 2023-cü ildə birgə iqtisadi komissiyanın keçirilməsinin zəruriliyi barədə danışdıq".
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü