Aleksandr Xramçixin: "Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq" – MÜSAHİBƏ

Aleksandr Xramçixin: "Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq" – MÜSAHİBƏAleksandr Xramçixin: "Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq" – MÜSAHİBƏ
Ermənistanda "humanitar bəhanə" adı altında Qarabağın anşlüsünü təşkil etmək üçün çağırışlar səsləndirilir. Bəhanə - koronavirus pandemiyasıdır. İndi onsuz da heç kim fərqinə varmayacaq. Fərq edilsə belə, reaksiya verilməyəcək.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə qeyd edib ki, nəhayət, Ermənistan, Azərbaycan və koronavirus təkbətək qalıb.
"Pandemiyadan əvvəlki beynəlxalq münasibətlər sistemi tamamilə çökdü. Böhran keçdikdən sonra hər şeyin əvvəlki qaydada bərpa olunacağını güman etmək üçün heç bir əsas yoxdur. İndi reallıq budur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyətə təsir edən iki oyunçu qalıb. Bunlar Azərbaycan və Ermənistandır. Düşünürəm ki, bir-iki həftə sonra Azərbaycan tərəfindən Ermənistana verilmiş sual aktual ola bilər - qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq üçün neçə günə ehtiyacınız var?", - deyə keçmiş nazir qeyd edib.
Media.Az-a danışan Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin bu fikirlə razıdır.
- Dünyada koronavirus pandemiyası hökm sürür və bu fonda erməni fəallar Qarabağın anşlüsünə çağırış edirlər. Azərbaycanın işğal edilmiş ərazilərində, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyət artıq gərginləşir.
- Görünür, anşlüs sözü adı altında 1938-ci ildə Avstriyanın Almaniyaya birləşdirilməsi kimi Qarabağ ərazisinin rəsmi şəkildə Ermənistana birləşdirilməsi nəzərdə tutulur.
- Bəs dünya bunun fərqinə necə varmaya bilər?
- Əgər bu baş verərsə, dünya bunun formal olaraq fərqinə varacaq. Ancaq faktiki olaraq, heç nə etməyəcək. Üstəlik, hətta koronavirus epidemiyası olmasaydı belə, beynəlxalq ictimaiyyət heç bir tədbir görməzdi. Burada birbaşa marağı olan tərəflər nəsə edə bilər.
- İşğal olunmuş ərazilərdəki təmas xəttində vəziyyətin gərginləşdiyi aydındır...
- Mövqeyimi təkrarlaya bilərəm: Müharibə (Qarabağda - red.) hər hansı bir virusdan asılı olmayaraq, hər an başlaya bilər.
- Yəni, Ermənistan və Azərbaycan həqiqətən təkbətək qala bilər? Heç kim müdaxilə etməyəcək?
- Yenə təkrar edirəm, dünya istənilən halda bu cür davranardı. Əlbəttə, Türkiyə və Rusiyanı maraqlı tərəf adlandırmaq olar. Ancaq qalanları üçün heç bir fərqi yoxdur. Əgər müharibə Ermənistan Respublikasının ərazisi ilə deyil, yalnız Qarabağla məhdudlaşarsa, çox güman ki, Rusiya da müdaxilə etməyəcək. /oxu.az

Siyasi       Tarix: 26 mart 2020
f Paylaş

Oxşar xəbərlər

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun sou biznes xeber xeber.az son xeberler