Alen Delonun vəsiyyəti açıqlandı: 35 itinin basdırıldığı məkanda dəfn ediləcək
Alen Delon vəsiyyətinə uyğun olaraq Fransanın şimalındakı Duşa kommunasında, 35 itinin basdırıldığı məkanda dəfn ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı BFMTV nəşri yayıb.
Heyvan hüquqlarının fəal müdafiəçisi kimi tanınmış Delon 50-dən çox itə sahib olub.
Xatırladaq ki, 2012-ci ilin dekabrında Alen Delon İrəvana gəlib və Çiçernakaberd memorial kompleksini ziyarət edib və burada "erməni soyqırımı" (qondarma – red.) qurbanlarının xatirəsini yad edib. O, həmçinin Müqəddəs Eçmiədzin Ana taxt-tacını ziyarət edib. Aktyorun sözlərinə görə, Ermənistanda insanların onu bu qədər sevdiyini ağlına belə gətirməyib.
Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib. Sənətçi xərçəngdən – diffuz limfoma və Alzheimer xəstəliyindən əziyyət çəkirdi. 2019-cu ildə o, ikiqat insult keçirib.
Aktyorun həyatının son illəri uşaqları ilə bağlı müxtəlif qalmaqallar və məhkəmə çəkişmələri ilə yadda qalıb. Ailə çəkişmələrinin səbəblərindən biri miras bölgüsü idi. Delona yaxın adamlar uşaqlarını aktyoru öldürməyə cəhddə ittiham ediblər. Aktyorun özü 2022-ci ildə evtanaziya yolu ilə ölmək istədiyini bildirib.
Natiq Səlim,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi