Alena Əliyeva "Çərçivədən kənar" sərgisində - FOTOLAR
Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində "Çərçivədən kənar" adlı inklüziv incəsənət sərgisi açılıb.
azxeber.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbir "SOCAR Midstream Gas Operations" şirkətinin təşəbbüsü və dəstəyi, "DADDI" sosial sahibkarlıq müəssisəsinin təşkilatçılığı, bp, PAŞA Holdinq, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, SOCAR MGO-nun icraçı direktoru Polad Rüstəmov, Paşa Holdinqin Baş icraçı direktorun müavini Səidə Baxşıyeva, bp AGT-nin xarici əlaqələr şöbəsinin rəhbəri Günəş Əliyeva, DADDI Sosial Sahibkarlıq müəssisəsinin təsisçisi Məhbubə Əliyeva çıxış ediblər.
Çıxışlar zamanı daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti, onların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyi və bu istiqamətdə müxtəlif qurumlar arasında əməkdaşlığın rolu vurğulanıb.
Çıxışçılar qeyd ediblər ki, sərginin məqsədi inklüzivliyi və sosial həmrəyliyi təşviq etmək, daun sindromlu şəxslərin yaradıcılıq imkanlarını nümayiş etdirmək və onların potensialını daha geniş ictimaiyyətə təqdim etməkdir.
Tədbir çərçivəsində daun sindromlu müəlliflərin rəsm əsərlərindən ibarət satış-sərgi təşkil olunub. Satış sərgidən əldə olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib.
Tədbirin bədii hissəsində inklüzivlik mövzusunda məhz bu tədbir üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və daun sindromlu şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, daun sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib.
Sərgidə təqdim olunan əsərlər tədbir ərəfəsində YARAT Müasir İncəsənət Mərkəzində keçirilən iki günlük yaradıcılıq master-klassları çərçivəsində hazırlanıb.









Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı