Alimenti ödəməyən atalarla necə mübarizə aparmalı? – Vəkildən AÇIQLAMA - FOTO

Alimenti ödəməyən atalarla necə mübarizə aparmalı? – Vəkildən AÇIQLAMA - FOTOAlimenti ödəməyən atalarla necə mübarizə aparmalı? – Vəkildən AÇIQLAMA - FOTO
Cütlüklərin boşanma prosesi çox vaxt ağrılı olur. Bunun səbəblərindən biri də uşaqların maddi dəstəklə təmin edilməsi məsələsi ilə bağlıdır.
Axı, hər kişi, həyat yoldaşı ilə ayrıldıqdan sonra könüllü şəkildə uşağına kömək etməyə hazır olmur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ofeliya Rəhimova Caliber.Az-a açıqlamasında alimentin verilməməsi problemindən və bunun həlli yollarından danışıb.
Alimenti ödəməyən atalarla necə mübarizə aparmalı? – Vəkildən AÇIQLAMA - FOTOHəmsöhbətimiz qeyd etdi ki, alimentin ödənilməməsi problemi hər zaman aktualdır:
"Ancaq sizə deyə bilərəm ki, məhkəmə icraçıları həmişə bu işlərə daha çox diqqət ayırır, yəni bu məsələləri mümkün qədər tez həll etməyə çalışırlar. Məhkəmə icraçıları alimentin ödənilməsini təmin etmək üçün bütün səlahiyyətlərindən istifadə edirlər. Bəzi hallarda, hətta cinayət işi də açırlar.
O.Rəhimova alimentin alınması qaydalarına da aydınlıq gətirib. O, qeyd etdi ki, əvvəlcə məhkəmə qərar qəbul edir, daha sonra icra vərəqəsi məhkəmə icraçılarına göndərilir, onlar isə müvafiq ölçülər götürürlər:
"Şəxsin daimi işi varsa və maaş alırsa ondan məhkəmə yolu ilə aliment tələb edilə bilər. Əgər şəxsin bir uşağı varsa, maaşının 1/4 hissəsi, iki uşağı varsa 1/3, üç və ya daha çox övladı olduğu halda maaşının ən azı yarısı qədər aliment məbləği alınır. Əgər onun daimi iş yeri, rəsmi gəliri yoxdursa, məhkəmə yaşayış minimumuna uyğun bir məbləğ təyin edir. Bu məbləğ 1 yanvar 2021-ci ildən uşaq başına 175 manat təşkil edir.
Ancaq məhkəmənin müəyyən amilləri nəzərə alması da olur. Məsələn, bu yaxınlarda atanın 2-ci qrup əlil olduğu bir məhkəmə işim oldu və məhkəmə ona 175 manat deyil, 155 aliment təyin etdi. Yəni atanın əlil olması və uşaqların anasının işləməsi faktı nəzərə alınaraq, məhkəmə aliment miqdarını bir qədər azaltdı".
Uşaqlarının alimentini ödəməkdən boyun qaçırdanların məsələsinə aydınlıq gətirən vəkillər kollegiyasının üzvü bildirdi ki, bu şəxslər ilk olaraq inzibati məsuliyyətə cəlb olunurlar:
"Həmçinin çox vaxt iki ay müddətinə inzibati həbs təyin edilir. Səhlənkar atalar inzibati həbsdən və digər tədbirlərdən sonra aliment öhdəliklərini yerinə yetirmirlərsə, artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi (hökmün, məhkəmə qərarının və ya digər məhkəmə əmrinin icra olunmaması) ilə cinayət işinə başlanılır. Bu maddənin sanksiyalarında nəzərdə tutulmuş cəzalar belə ola bilər: 2-4 min manat arasında cərimə, 320-480 saata qədər ictimai işləri, iki ilə qədər islah işləri, azadlığın üç ilə qədər məhdudlaşdırılması (bilərzik taxılır) və ya üç ilə qədər həbs cəzası". 

Sosial       Tarix: 28 aprel 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler bugünki xəbərlər cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe