Alimlər çıxılmaz vəziyyətdə: Başımızın üstündə nüvə bombası partlatmaq istəyinə düşdülər - FOTO

Alimlər çıxılmaz vəziyyətdə: Başımızın üstündə nüvə bombası partlatmaq istəyinə düşdülər - FOTOAlimlər çıxılmaz vəziyyətdə: Başımızın üstündə nüvə bombası partlatmaq istəyinə düşdülər - FOTO
"Bəzi asteroidləri məhv etmək mümkün deyil. Bu isə planetimizi mümkün toqquşmalardan xilas etmək cəhdlərini heçə endirir".
Bu barədə Kertin Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra məlumat veriblər.
Elm adamları Yaponiyanın "Hayabusa-1" zondu tərəfindən 500 metrlik qədim "İtokava" (25143) asteroidinin səthindən gətirilmiş toz hissəciklərini tədqiq ediblər. Bu obyekt Yerdən iki milyon kilometr məsafədə yerləşir. 
Xatırladaq ki, ötən il DART zərbə zondu ilə "Dimorf" asteroidinin vurulması nəticəsində səma cismi orbitini nəzərəçarpacaq dərəcədə dəyişmişdi. Bu, Yerin mümkün asteroid təhlükəsindən qorunması konsepsiyasının ilk sınağı idi və zərbənin göy cismini təhlükəli trayektoriyadan yayındırmağa imkan verəcəyini təsdiqlədi.
Yeni tədqiqatlar isə göstərdi ki, bu yanaşma həmişə işə yaramaya bilər - araşdırmanın nəticələrinə görə, "İtokava" asteroidi zərbələrə davamlıdır.
Monolit asteroidlərdən fərqli olaraq, "İtokava" bütöv qaya parçası deyil; O, ağırlıq qüvvəsinin təsiri ilə bir-birinə yapışmış daş ovxantıları və qaya yığınlarından ibarət çınqıllı asteroidlər ailəsinə aiddir.
Alimlər çıxılmaz vəziyyətdə: Başımızın üstündə nüvə bombası partlatmaq istəyinə düşdülər - FOTOAlimlərin sözlərinə görə, monolit asteroidi parçalayaraq "İtokava"nı əmələ gətirən böyük zərbə ən azı 4,2 milyard il əvvəl baş verib. "İtokava" ölçüsündə asteroidin bu qədər inanılmaz uzun müddətdə mövcud olması materialın yüksək amortizasiya xassəsi ilə əlaqədardır. Belə ki, "İtokava" nəhəng kosmik yastığa bənzəyir və onu məhv etmək çox çətindir.
"Biz çınqıl yığınından ibarət olan asteroidlərin zərbəyə davamlı olub-olmadığını cavablandırmaq üçün yola çıxdıq və onların Günəş sistemində, demək olar ki, bütün tarixi boyu yaşaya biləcəyini kəşf etdik. Bu səbəbdən böyük bir asteroidin Yerə doğru gəlmə ehtimalı varsa, bunun qaya yığıntısı olması şansı daha çoxdur. Yaxşı xəbər odur ki, biz bu məlumatdan öz xeyrimizə istifadə edə bilərik: əgər asteroid kinetik təkan üçün çox gec aşkar edilərsə, biz potensial olaraq asteroidi məhv etmədən, məsələn, yaxınlığında nüvə partlayışının zərbə dalğaları kimi daha aqressiv yoldan istifadə edərək "çınqıl dəstəsini" trayektoriyadan kənarlaşdıra və ya onu dağıda bilərik", - deyə tədqiqatda bildirilir.
Tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
Mənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 26 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün azerbaycan son xeber bugun beynelxalq bank mezenne hava proqnozu