Alimlər koronavirus haqqında populyar mifi təkzib ediblər
Pasiyentin qan qrupu onun COVID-19 xəstəliyini ağır keçirməsinə və ölüm riskinə təsir etmir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Massaçusets xəstəxanasının və "Bet-İzrayel" tibb mərkəzinin mütəxəssisləri COVID-19 testindən keçən 7648 pasiyentin məlumatlarını analiz ediblər. Alimlər qan qrupunun xəstəxanaya yerləşdirilməyə, intubasiyanın zəruriliyinə və xəstənin ölümünə bilavasitə təsirini araşdırıblar.
"Qan qrupu və iltihabın pik işarələri, həmçinin klinik ağırlaşma göstəriciləri arasında heç bir əlaqə müəyyən edilməyib. Qan qrupunun intubasiya və ya ölüm riski ilə əlaqəsi yoxdur", - deyə ekspertlər bildirib.
Tədqiqatçılar B (III) və AB (IV) qan qrupuna və eyni zamanda mənfi Rh-a malik insanların koronavirusa daha çox yoluxduğunu müəyyən ediblər. Alimlər qan qrupunun yoluxma riskinə təsir edə biləcəyi, lakin xəstəliyin ağırlaşması ilə əlaqəsinin olmadığı nəticəsinə gəliblər.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ