Alimlər Veneraya baxıb Yeri öyrənəcəklər - FOTO

Alimlər Veneraya baxıb Yeri öyrənəcəklər - FOTOAlimlər Veneraya baxıb Yeri öyrənəcəklər - FOTO
Tokio Universitetinin alimləri ilk dəfə Venerada gecə vaxtı hava dəyişikliyini müşahidə edə bildilər.
Bu barədə "Nature" xəbər verib
Bildirilir ki, tədqiqat zamanı "Venus Climate Orbiter Akatsuki" zondundan alınan infraqırmızı şəkillərdən istifadə edilib.
Veneranın sıx buludlarla tamamilə örtülü olduğu bilinir. Onların altında nə baş verdiyini anlamaq üçün Tokio Universitetinin nümayəndələri infraqırmızı işığın dalğa boylarında buludların gecə-gündüz hərəkətini izləyiblər.
Əvvəlki araşdırmalar Venerada super dövriyyə baş verdiyini göstərib. Bu, Yer üzündə olmayan bir fenomendir. Planetin bütün meteoroloji sistemi ekvatorda şərqdən qərbə doğru fırlanır. Atmosfer cərəyanlarının gücü və hərəkət sürəti Yer kürəsində baş verən ən şiddətli fırtınaları üstələyir.
Yeni elmi iş əvvəllər bilinməyən bir həqiqəti ortaya qoydu. Məlum olub ki, Venerada qaranlıq vaxtı küləklər əks istiqamətdə hərəkət etməyə başlayır: Gündüzlər qütbə, qaranlıqda isə ekvatora yönəlirlər.
"Belə bir dramatik dəyişikliyin əhəmiyyətli nəticələri olmalıdır", - deyə müəlliflər vurğulayırlar.
Alimlər bu fenomenin super dövriyəni gücləndirə biləcəyinə inanırlar. Yeni məlumatlar Venera havasının daha dəqiq modellərinə imkan verəcək.
Müəlliflərin fikrincə, infraqırmızı cihazlardan istifadə edərək havanın öyrənilməsi metodu digər planetlərə, məsələn, Marsa və ya qaz nəhənglərinə tətbiq oluna bilər.
Bu həm də yerdəki hava hadisələrini öyrənmək üçün faydalı olacaq.
Alimlər Veneraya baxıb Yeri öyrənəcəklər - FOTOAlimlər Veneraya baxıb Yeri öyrənəcəklər - FOTOAlimlər Veneraya baxıb Yeri öyrənəcəklər - FOTO

Maraqlı       Tarix: 23 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler kriminal son xəbərlər azərbaycanda xeber.az bu gun