Alimlərdən qalaktikamızın mərkəzindəki qara dəliklə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
Alimlərdən qalaktikamızın mərkəzindəki qara dəliklə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
Alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan "Sagittarius A*" ("Ulduz işarəsi olan Oxatan A* da adlandırılır) qara dəliyi ilə bağlı vacib açıqlama ilə çıxış ediblər.
Milli Elm Fondunun təşkil etdiyi təqdimatdan videonu təqdim edirik:
Millimetrlik və radio rəsədxanaları qlobal şəbəkəsi (Event Horizon Telescope, EHT) tarixdə ilk dəfə olaraq bizim Süd Yolu qalaktikamızın mərkəzindəki supernəhəng qara dəliyin kölgəsinin şəklini əldə edib.
Adıçəkilən qara dəlik Günəşdən 27 min işıq ili məsafədə yerləşir və "Sagittarius A*" (Oxatan A*) radiomənbəsi ilə əlaqəlidir.
14:54
2019-cu ildə qara dəliyin ilk şəklini çəkən elm adamları bir neçə saat sonra mühüm açıqlama ilə çıxış edəcəklər. Yeni kəşfin nə olduğu açıqlanmır, ancaq elm tarixinə damğa vuracağı deyilib.
Qeyd edək ki, alimlər üç il öncəki uğurlarından sonra Süd Yolu kəhkəşanının mərkəzindəki superağır qara dəliyin videogörüntüsünü əldə etmək üzərində işə başlayıblar. Bu səbəbdən ekspertlər ehtimal edirlər ki, alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan "Sagittarius A*" ("Ulduz işarəsi olan Oxatan A" da adlandırılır) qara dəliyinin ilk hərəkətli görüntüsünü təqdim edəcəklər.
Qeyd edək ki, "Sagittarius A*" heç bir zaman təfərrüatlı çəkilməyib. Ən yaxşı halda NASA-nın Yer ətrafında dövr edən "Chandra" teleskopu qara dəlik ətrafında yayılan rentgen şüalarını qeydə alıb.
Video isə hərəkətsiz kadrla mümkün olmayanı – qara dəliyin materiyanı necə udduğunu göstərə bilər. Bu səbəbdən videogörüntünün elm tarixində inqilab olacağı düşünülür.
Mənbə: Insider
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız