Alimlərdən xəbərdarlıq: Nyu-York batır
Alimlərdən xəbərdarlıq: Nyu-York batır...
Nyu-Yorkda (ABŞ) göydələnlərin çəkisi şəhəri daha da suyun altında batmağa məcbur edir.
Bu barədə ABŞ Geoloji Xidmətinin alimlərinin apardığı yeni araşdırmadan məlum olub.
Ümumilikdə Nyu-Yorkda ümumi çəkisi təxminən 770 milyon ton olan bir milyona yaxın bina var. Bu yükə görə hər il şəhər bir-iki millimetr aşağı düşür, bəzi ərazilərdə isə proses daha sürətlə gedir.
Alimlər vurğulayırlar ki, rəqəmlər az görünsə də, suya tədricən yaxınlaşma metropolu təbii fəlakətlərə qarşı həssas edir. Xüsusilə Bruklin, Kuins və Aşağı Manhetten risk altındadır.
"Nyu-York böyük daşqın riski problemləri ilə üz-üzədir. Burada dəniz səviyyəsinin qalxması təhlükəsi Şimali Amerikanın Atlantik sahilləri boyunca qlobal orta göstəricidən üç-dörd dəfə yüksəkdir", - deyə tədqiqatın müəllifi, geoloq Tom Parsons əlavə edib.
Daşqınlar təkcə sakinlər üçün deyil, binalar üçün də təhlükə yaradır. Onların təməlinin duzlu suya tez-tez məruz qalması, möhkəmləndirici poladı korlaya və betonu zəiflədə bilər. Əksər yerli tərtibatçılar layihələr hazırlayarkən bu faktı nəzərə almayıblar.
Qeyd edək ki, 2022-ci ilin fevral ayında Milli Okean və Atmosfer Administrasiyası ABŞ-də dəniz səviyyəsinin yaxın 30 ildə son 100 ildəkindən daha çox artacağını, bu səbəbdən Nyu-York və Mayami də daxil olmaqla sahil şəhərlərinin daşqın təhlükəsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Mənbə: Lenta.ru / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu