Alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA

Alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması qiymətlərə necə təsir edəcək? - AÇIQLAMABu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb. Bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapıb. Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb. Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.
Bəs görəsən, yeni qərar alkoqollu içkilərin qiymətinə necə təsir edəcək?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, aksiz dərəcəsinin artırılması ilə qiymətlərin 1 faizdən 15 faizədək artımı gözlənilir:
"Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkədə istehsal olunan alkoqollu içkilərin qiymətini artırır. Azərbaycana idxal edilən həmin məhsulların da qiyməti avtomatik artır. Burada hansısa asılılıq yoxdur. Aksiz dərəcəsinin artması qiymətlərin bahalaşmasını bir daha şərtləndirir. Burada böyük ölçüdə qiymət artımlarından söhbət getmir. Məqsəd dövlət büdcəsindən bu istiqamətdə daxilolmaları artırmaqdır. Spirtli içkilər və tütün məshulları hökumətin rahat şəkildə qiymətini artırdığı məhsullardır. Çünki hökumətlər həmin məhsulların zərərli tərəflərini əsas gətirərək onların istehlakını azaltmaq istəyir. Zəruri tələbat məhsulu olmadığı üçün onların qiymətlərini hökmuət asanlıqla artıra bilir. Son nəticədə aksiz vergisi məhsulun maya dəyərində öz əksini tapır. Qiymətlərin 1 faizdən 15 faizədək artımı gözlənilir".
Alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması qiymətlərə necə təsir edəcək? - AÇIQLAMAİqtisadçı Eldəniz Əmirov hesab edir ki, bu qərarla bazarlarda alkoqollu məhsulların qiymətləri bahalaşacaq:
"Dövlət bütün məhsulların aksiz dərəcələrini aşağı sala bilməz. Bazarda idxaldan asılılığı azaltmaq və yerli tələbatın ödənilməsi üçün bir çox məhsulların aksiz dərəcələri sıfıra endirilir. Ölkənin ərzaq təhlükəsizliyində vacib rol oynayan elə məhsullar var ki, onların aksiz dərəcələri uzun illərdir sıfıra endirilib. Tütün məhsulları və alkoqollu içkilər insanların sağlamlığına və ətraf mühitə ciddi zərər vurur. Aksiz dərəcəsinin artırılması bəzi insanları bu məhsullardan uzaqlaşdıra bilər. Balansın qorunması, büdcə daxilolmalarının optimallaşdırılması üçün bu kimi məhsulların aksiz dərəcələrinin artırılmasına ehtiyac yaranır. Qərar həm də yerli istehsalın stimullaşdırılması baxımından da faydalıdır".
Alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması qiymətlərə necə təsir edəcək? - AÇIQLAMAŞəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 15 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler bugun 2026 azerbaycan cebheden xeberler en son xeber