Alla Puqaçova və əri valideynlik hüququndan məhrum edilə bilər
Alla Puqaçova və Maksim Qalkinin valideynlik hüququndan məhrum edilməsi tələb olunur.
azxeber.com Rusiya mətbuatına istinadə xəbər verir ki, fəallar bu tələblə Uşaq Hüquqları Ombudsmanına müraciət ediblər.
Onlar 75 yaşlı Alla Puqaçova və 48 yaşlı Maksim Qalkinin tez-tez səyahət etmələrinə görə uşaqların "normal həyatdan" məhrum edilməsindən narahat olduqlarını bildiriblər.
Hərəkatın rəhbəri İldar Rezyapovun sözlərinə görə, uşaqlar müxtəlif iqlimi olan ölkələrdə daim yeni həyat şəraitinə uyğunlaşmağa məcbur olurlar. Bundan başqa onların təhsili və sağlamlığı da təhlükə altındadır.
Fəalların qeyd etdiyi kimi, 10 yaşlı əkizlər Liza və Harri bu il İsrail məktəbində təhsillərini davam etdirmirlər. Onlar əvvəlcə valideynləri ilə birlikdə Kiprə gedib, daha sonra isə anaları onları Latviyaya aparıb.
Belə bir sıra gəzintilər psixoloqların fikrincə, uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. İctimai fəallar Uşaq Ombudsmanından xahiş ediblər ki, ailə Rusiyaya gələrsə, uşaqları valideynlərindən ayırıb rus məktəblərindən birinə yerləşdirsinlər.
Xatirladaq ki, Alla Puqaçova və Maksim Qalkin uşaqları ilə birlikdə Rusiyada xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra ölkəni tərk ediblər. Qalkin birbaşa Rusiya hakimiyyətinin hərbi siyasətini pisləyib və Alla Puqaçova da onunla həmfikir olduğunu bildirib. Xarici casus kimi tanınan ailə əvvəlcə İsraildə, sonra Kiprdə yaşasalar da, indi də tez-tez başqa ölkələrə səyahət edərək zaman keçirdirlər.
Aysel

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır