Allahşükür Paşazadə Bəhreynə gedir - Roma Papası ilə görüşə bilər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də Bəhreyn Krallığına səfərə yola düşür, Roma Papası Fransisk ilə görüşə bilər.
Qurumdan azxeber.com-a verilən məlumata görə, səfər Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında noyabrın 3-4-də Müsəlman Ağsaqqallar Şurasının tərəfdaşlığı və Bəhreyn Krallığının ev sahibliyi ilə keçiriləcək Bəhreyn Beynəlxalq Dialoq Forumuna dəvət əsasında həyata keçirilir.
Ümumbəşər problemlərinin müzakirəsi məramı ilə baş tutan Forumda Roma Katolik kilsəsinin başçısı Papa Fransisk həzrətlərinin iştirakı, dini liderlərlə müzakirələri və çıxışı nəzərdə tutulur. Qlobal forumda iştirak üçün QMİ sədrinə dəvət Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Şeyx Əbdül Rəhman bin Məhəmməd bin Rəşid Əl Xəlifə tərəfindən edilib.
Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər Əl-Şərifin Şeyxi və Böyük İmamı Əhməd əy-Tayyibin dəvəti ilə noyabrın 4-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçiriləcək Müsəlman Ağsaqqallar Şurasının on altıncı iclasında iştirak və çıxış edəcək.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü