Allahşükür Paşazadə: Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir

Allahşükür Paşazadə: Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edirAllahşükür Paşazadə: Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda dünyanın dini liderlərinin II sammiti ərəfəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.
Oxu.Az həmin müsahibənin bəzi hissələrini təqdim edir:
- Bakıda baş tutacaq sammitdən nələr gözləyirsiniz? Ümumiyyətlə, planetin dini həyatında xüsusi yer tutacaq bu zirvə görüşü üçün hansı hədəflər qoyursunuz?
- Bu gün dünyada mürəkkəb proseslər gedir və insanların bir-birini tanıması, bir-birini başa düşməsi və baş verənlərə münasibət bildirmələri lazımdır. Təəssüf edirəm ki, bu gün dünyanın müəyyən bir hissəsində yaşayan müsəlmanlar, məsələn, BMT kürsüsündən öz fikirlərini bildirmək iqtidarında deyillər. Çox istərdim ki, BMT kürsüsündən gələn din xadimləri də öz sözlərini söyləsinlər. Bunu siyasətçilər edə bilər. 
Zirvə görüşündə 25 dini məzhəbin nümayəndələri, habelə bəzi dövlətlərin rəhbərləri və parlament sədrləri iştirak edəcəklər. Bu, belə konfransların əhəmiyyətindən xəbər verir. 
Bu tədbirin keçirilməsinin təklifi Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Ümid edirəm və əminəm ki, dünyanın müxtəlif ölkələrindən 600-ə yaxın müxtəlif dinlərin nümayəndələrinin bu sammitdə iştirakı, bu sammitdə qəbul ediləcək bəyannamələr dünya ictimaiyyətinə, dünya siyasətinə müsbət təsir göstərəcək.
Allahşükür Paşazadə: Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir- Hazırda islam dünyasından vəziyyət stabil deyil. Dünyada islamofobiya artıb. Sizcə, nə etmək lazımdır ki, islam dünyasında sülh olsun və İslam dini ilə bağlı yanlış fikirlər yayılmasın?
- Bu, çox vacib bir məsələdir. Biz, din xadimləri ciddi narahatıq. Bu gün antisemitizmlə yanaşı, islamofobiya, xristianofobiya da yaranıb. Bu, Avropada, dünyanın digər bölgələrində də təsdiqlənir.
Əlbəttə, bu, bizi qorxudur. İnanıram ki, bu zirvə görüşündə qəbul ediləcək qərarlar arasında ən vaciblərindən biri dinlər, dövlətlər, xalqlar arasında, xüsusən siyasətçilər arasında münasibətlərin düzgün qurulması zərurəti məsələsi olacaq.
Bu, məncə, hər birimizin, hər möminin, hər bir dini liderin günahıdır. Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir və terrorçuluğa çağırırlar. Bu, İslam deyil. 
Zirvə görüşündə müzakirə ediləcək bütün bu məsələlərin çox vacib olduğuna inanıram və şadam ki, Azərbaycan onların həllində aparıcı yerlərdən birini tutur.
Allahşükür Paşazadə: Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir- Sizin gələcək planınız necədir? Gündəliyinizdə hansı məsələlər var?
- Qafqazda, Rusiyada, Azərbaycanda baş verən hadisələr mənim üçün çox vacibdir. Artıq uzun illərdir ki, Qafqaz Xalqları Ali Dini Şurasının sədriyəm. Bu, o deməkdir ki, mənə bütün Qafqazın böyükləri kimi münasibət göstərirlər, onlarla tez-tez görüşürəm.
Həmişə onlara deyirəm ki, hər bir insan istər adi insan olsun, istər dindar, istərsə də din xadimi, ilk növbədə öz ölkəsinin vətəndaşı olmalıdır, dininə, dövlətinə qanun çərçivəsində xidmət etməlidir.
Mən heç vaxt din xadimlərini barışdan, qardaşlıqdan, yaxşı münasibətlərdən başqa bir şeyə çağırmamışam, məni dinləyən hər kəsi bir-birinə kömək etməyə, münaqişələri birgə həll etməyə çağırıram. Mən bunu etmişəm və bundan sonra da edəcəyəm.

Siyasi       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan