Allahşükür Paşazadə: Rusiya - Ukrayna münasibətlərinin düzəlməsi üçün dualar edirəm

Allahşükür Paşazadə: Rusiya - Ukrayna münasibətlərinin düzəlməsi üçün dualar edirəmQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub.
QMİ sədrinin ötən ilin oktyabrında Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən Rusiyaya səfəri, Zati-müqəddəsləri Patriarx Kirillə görüşü, habelə, dini liderlərin baş tutmuş üçtərəfli görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.
Bildirildi ki, Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı vardır və onun vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb.Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirak etməsindən razılıq bildirildi. Şeyxülislam qeyd etdi ki, yaxın günlərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçiriləcək anım tədbirində də Azərbaycandakı pravoslav icmasının nümayəndələri hər zamankı kimi iştirak edəcəklər.
II Qarabağ müharibəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərlə yanaşı, pravoslav, alban-udi kilsələri və digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası və qorunması sahəsində misilsiz işlər görüldüyünü qeyd edən Şeyxülislam A. Paşazadə bütün bunların Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini qürurla qeyd etdi.
Bildirdi ki, Azərbaycan Prezidentinin azad Qarabağa elə bir səfəri olmur ki, dini-mənəvi əhəmiyyətli abidələrə qayğı və dövlət himayəsini nümayiş etdirməsin. Multikultural dəyərlər ölkəsi olan Azərbaycanda bu ali diqqət təkcə məscid, İslam abidələrini deyil, xristian, yəhudi məbədlərini də ehtiva edir. İşğaldan azad olunmuş Qarabağ torpaqlarına səfər etmiş bütün xarici ölkə nümayəndələri, diplomatik korpus təmsilçilərinin bunun bilavasitə şahidi olduqlarını diqqətə çatdıran QMİ sədri gələcəkdə Azərbaycana səfər edəcək beynəlxalq təşkilatların ekspert missiyalarının da bu həqiqətləri qeydə alacaqlarına ümidvar olduğunu ifadə edib.
Vatikana səfəri barədə danışarkən QMİ sədri A. Paşazadə Papa Fransisklə söhbətində Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi sülhyaratma fəaliyyəti barədə danışdığını və Vatikanın bu mövzuya diqqət nümayiş etdirdiyini bildirdi. Vatikana səfərdə Azərbaycandakı pravoslav konfessiyasının rəhbərinin də nümayəndə heyətində təmsil olunmasını rusiyalı səfirin diqqətinə çatdırıb.Şeyxülislam A. Paşazadə son zamanlar Rusiya və Ukrayna ətrafında yaşanan gərginlikdən xeyli narahat olduğunu, bu mövzunun tezliklə xoş məramla həllini tapması, iki yaxın qardaş olan xalqlar arasında münasibətlərin yoluna qoyulması üçün dualar etdiyini rusiyalı səfirin diqqətinə çatdırıb.
Şeyxülislam A. Paşazadə təklif irəli sürdü ki, xalqlar arasında mövcud gərginliklərin aradan qaldırılması, anlaşılmazlıqlara, suallara cavab tapılması istiqamətində dini liderlərin böyük rol oynamasını nəzərə alaraq, postsovet məkanında sülh, qarşılıqlı anlaşma naminə Rus Pravoslav Kilsəsinin böyük nüfuza malik başçısı Patriarx Kirillin rəhbərliyi ilə, Ukrayna din xadimlərinin də iştirak edəcəyi beynəlxalq forum çağırılması məqsədəuyğun olardı. MDB Dinlərarası Şurasının həmsədri olaraq QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu yolda öz səylərini əsirgəməyəcəyini bildirib.
QMİ sədri RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsini hər zaman andığını və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələri yüksək dəyərləndirdiyini bildirib.RF-nın ölkəmizdəki səfiri M. Boçarnikov Şeyxülislamla görüş imkanına görə təşəkkürlərini bildirdi və Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğulayıb. Bildirdi ki, Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir.Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, logistik əlaqələrin getdikcə dərinləşməsindən, kommunikasiya layihələrindən, çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu böyük dəyər kimi qiymətləndirdi. Bu işdə böyük nüfuza malik dini lider olaraq Şeyxülislam A. Paşazadənin səylərinin, 40 ildən artıq müddət ərzində sülhyönümlü, xoşməramlı fəaliyyətinin böyük əhəmiyyət daşıdığını bildirdi. Xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılması, inkişaf etdirilməsinin vacib olduğu qeyd olunub.

Sosial       Tarix: 15 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


yeni xeberler son xeberler azerbaycan xeberleri idman xeberleri son xəbərlər bugün 2026 cəbhədən şad xəbər xəbər az