Alman diplomat Rusiyanın Ukraynaya qarşı müharibəsində Almaniyanın GÜNAHINI ETİRAF ETDİ
Dünya ictimaiyyəti, o cümlədən Almaniya 6-8 il əvvəl Rusiyanın əsl niyyətlərini anlamadığına və o dövrdə mövcud olan çağırışlara kifayət qədər reaksiya vermədiyinə görə Ukraynadan üzr istəməyə borcludur.
KONKRET.az xəbər verir ki, bunu Almaniya diplomatı, Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinqer deyib. O, bununla da Qərb ictimaiyyətinin Rusiya ilə bağlı qərarlarının yanlışlığını etiraf edib.
"Mən qəti şəkildə inanıram ki, Rusiyanın niyyətləri Ukraynanı sadəcə məhv etməkdən daha da irəli gedir. Rusiya Avropa İttifaqı, Qərbi Avropa, Avro-Atlantik Alyans və bütün dünya qarşısında meydan oxuyur. Bu, təkcə Ukraynaya deyil, hamımıza qarşıdır", – deyə diplomat vurğulayıb.
Diplomat həmçinin etiraf edib ki, dünya Krımın və Donbasın bir hissəsinin işğalına layiqli reaksiya verməyib.
"Biz düşünürdük ki, hansısa danışıqlar apara bilərik. Bunun isə çətin, hətta qeyri-mümkün olduğu ortaya çıxdı",- diplomat deyir.
O, həmçinin 2008-ci ildə NATO-nun zirvə görüşündən danışıb, o zaman Ukraynanın Alyansa daxil olmasına imtina verdiklərini etiraf edib.
Xuraman Etibarlı,
KONKRET.az

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq