Alman ordusundan hökumətə XƏBƏRDARLIQ: Qarabağ savaşı...
Almaniya ordusunun yüksək rütbəli hərbçiləri Azərbaycan ordusunun Qarabağda 44 günlük müharibə ərzində pilotsuz uçan aparatları geniş çeşiddə tətbiq edərək ortaya qoyduğu təcrübəni təhlil edərək hökuməti silahlanma konsepsiyasına sürətlə yenidən baxmağa çağırır.
Publika.az xəbər verir ki, bu haqda "Frankfurter Allgemeine" (FAZ) nəşrinin yanvarın 22-də dərc etdiyi məqalədə deyilir.
Qəzet Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Almaniya ordusunun silahlanmasında döyüş pilotsuz aparatlarının olmaması Bundesverin bölmələrinin döyüş qabiliyyətini aşağı salıb.
"Federal hökumət dərhal bu pilotsuz döyüş sistemlərinin silahlanmaya daxil edilməsi üçün tədbir görməlidir, Sosial Demokrat Partiyası isə (hökumət koalisiyasının ortağı) özünün Hans-Peter Barteles, Frits Felgentro və Eva Högel kimi ekspertlərinə qulaq asıb ordunun dronlarla silahlandırılmasını bloklamaqdan əl çəkməlidir",-qəzet yazır.
Nəşr bildirir ki, döyüş pilotsuz aparatlarından başqa ordunun rəqibin bu cür vasitələrinə qarşı effektiv müdafiə sistemlərinə də malik olması zəruridir. Nümunə olaraq alman hərbçiləri Dağlıq Qarabağdakı müharibənin təcrübəsini irəli sürürlər. Hərbçilər bu qənaətə gəliblər ki, Qarabağda Ermənistan ordusunun Azərbaycan ordusunun pilotsuz döyüş vasitələrinə, o cümlədən Türkiyədən alınan "Bayraktar TB2" silahlı dronuna qarşı dayanmağa heç kim imkanı yox idi. (Virtualaz.org)
"Havada 24 saaat qədər qala bilən "Bayraktar TB2" pilotsuz təyyarəsi ilə yanaşı bu müharibədə İsrail kamikadze-dronları, hədəf üzərində saatlarla dövrə vurub onu müşahidə edə bilən "Harop" və digər döyüş PUA-ları da kütləvi tətbiq olunub. O qədər də baha olmayan dron-kamikadzelər yük maşınlarından buraxılıb",-nəşr qeyd edir.
"Frankfurter Allgemeine" yazır ki, Azərbaycan ordusu təkcə pilotsuz təyyarələrin və kamikadze-dronların köməyi ilə Qarabağda 185 erməni tankını məhv edib. (Azərbaycan ordusunun bütün müharibə ərzində məhv etdiyi erməni tanklarının sayı 260-dan çoxdur)
Almaniya Müdafiə Nazirliyinin ekspertləri hesab edirlər ki, müdafiə sahəsində siyasi fikir ayrılıqlarını bir kənara qoymaq, pilotsuz döyüş vasitələri ilə silahlanmaq və düşmən dronlarına qarşı effektiv tədbirlər görmək lazımdır.
Qeyd edək ki, Azərbaycan ordusunun Qarabağda ortaya qoyduğu 5-ci nəsil müharibə təcrübəsini ABŞ başda olmaqla dünyanın bir çox ölkələri, o cümlədən Böyük Britaniya, Almaniya, Rusiya öyrənib təhlil etməkdədir. / "Yeni Sabah"

Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Tahir Gözel bu bankın prezidenti oldu
Premyer Liqa: Bu komandalar qarşılaşır