Almaniya hökuməti: "Artıq Rusiyaya etibar etmək olmaz"
Almaniya Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmir.
KONKRET.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib.
Hökumət nümayəndəsi "Qazprom"un bağlanmış müqavilələrə zidd olaraq Polşa və Bolqarıstana qaz verməmək qərarına reaksiya verib.
Onun sözlərinə görə, Rusiyanın ayrı-ayrı ölkələrə qaz tədarükü ilə bağlı mövqeyi uzunmüddətli perspektivdə ona arxalanmağın mümkünsüzlüyünü təsdiqləyib.
Rəsmi Berlin müvafiq qərardan sonra Rusiya qazından asılılığı azaltmaq üçün səyləri gündəmə gətirib.
"Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır", – hökumət sözçüsü əmin edib.
Almaniya Rusiya tərəfindən Ukraynaya qarşı müharibənin başlamasından sonra səkkiz həftə ərzində bu ölkədən idxal olunan neftin payını 12 %-ə, qazın isə 35 %-ə endirməyə nail olub. Ötən il Rusiyanın mavi yanacağı Almaniyanın ehtiyacının 55 %-ni ödəyib.
Yeri gəlmişkən, Rusiyanın Polşa və Bolqarıstana mavi yanacaq verməkdən imtina etməsindən sonra Asiyada maye qazın qiyməti qalxıb. /Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat