Almaniya Ukraynanı ən son silahlarla təchiz etdi

Almaniya Ukraynanı ən son silahlarla təchiz etdiAlmaniya hökumətinin saytında yenilənmiş siyahıya əsasən, Berlin Ukraynanı "Skynex" hava hücumundan müdafiə sistemi və 10 Marder piyada döyüş maşını ilə təmin edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda Almaniyanın Kiyevə artıq həyata keçirilən və planlaşdırılan hərbi yardımı barədə məlumatlar dərc olunub.
Qeyd edək ki, cümə axşamı yenilənmiş siyahıda Leopard 2A6 tankları, 10 Marder piyada döyüş maşını, "Skynex" hava hücumundan müdafiə sistemləri, IRIS-T zenit sistemləri üçün raketlər, həmçinin iki TRML-4D radarı üçün mərmilərin tədarükü göstərilib.
Paketə, həmçinin, 155 mm çaplı 10 minə yaxın mərmi, Biber körpüsü təbəqəsi, onlarla yük maşını, minlərlə qış hərbi geyim dəsti və dəbilqə daxildir.
"Skynex" pilotsuz təyyarələr və raketlərlə mübarizə üçün nəzərdə tutulmuş 35 mm təkər əsaslı zenit silahıdır. Sistem 2021-ci ilin noyabrında təqdim edilib və Almaniyanın "Rhaynmetall AG" konserni tərəfindən istehsal edilib. 2023-cü ilin əvvəlində "Rhaynmetall"ın baş direktoru Armin Papperger Almaniyanın Ukraynaya iki hava hücumundan müdafiə sistemi – Skynex və Skyranger təchiz etdiyini açıqlayıb.
Dekabrın sonunda Almaniya Kiyevə üç "Gepard" özüyeriyən zenit silahı, minalardan təmizləmək üçün iki "Wisent" zirehli maşını, 10 "Vektor" kəşfiyyat PUA, tank və artilleriya üçün mərmi təhvil verib.
Rusiya Müdafiə Nazirliyinin bir gün əvvəl verdiyi məlumata görə, 54 xarici dövlət Ukraynaya hərbi yardım edir, xüsusi əməliyyat başlayandan bəri onlar artıq 200 milyard dollardan çox vəsait xərcləyiblər.
Yeri gəlmişkən, Moskva bundan əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynaya silah daşıyan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 05 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər xeberler bu gun hava durumu xeberler az