Almaniya və İsveçrədə çox sayda uçuşlar təxirə salınıb
Almaniya və İsveçrədə çox sayda uçuşlar təxirə salınıb
"Eurowings" Hava Yolları şirkətinin Almaniyada 170-dən çox reysi ləğv etməsi 10 mindən çox sərnişinə təsir edib.
İş şəraitinin yaxşılaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra pilotlar bu gün saat 00.00-dan üç günlük tətilə başlayıblar. Onlar iş vaxtından artıq işlədikləri üçün daha çox istirahət müddəti tələb edirlər.
Gündə orta hesabla 500-ə yaxın uçuş həyata keçirən və 50-70 min sərnişini Almaniya və Avropadakı təyinat yerlərinə çatdıran şirkətdə pilotların tətili ən çox Almaniyadakı uçuşlara təsir edib.
Düsseldorfdan 102-dən çox, Ştutqartdan 40 və Köln-Bonn hava limanından 43 reys ləğv edilib.
Pilotların oktyabrın 6-da baş tutan tətilinə görə 250-dən çox aviareys ləğv edilib. Bu, ümumilikdə 30 mindən çox sərnişinə təsir edib.
İsveçrədə "Eurowings" hava yollarında çalışan pilotların iş şəraitinin yaxşılaşdırılması üçün başlatdıqları tətil bir çox uçuşun ləğvinə səbəb olub.
Almaniya hava yolu şirkəti "Lufthansa"nın törəmə şirkəti olan "Eurowings"də çalışan pilotlar illik məzuniyyətlərinə 14 gün əlavə edilməsi tələbi ilə bu gündən etibarən 3 günlük tətilə başlayıblar.
Mənbə: Anadolu / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu