Almaniyalı müstəntiqlər qaz kəmərlərini partladanları MÜƏYYƏN ETDİ
Almaniyanın istintaq orqanları "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin partlaması ilə bağlı araşdırmalarını yekunlaşdırıb. Bəzi mənbələr təxribatda Rusiyanı günahlandırsalar da, Almaniya xüsusi xidmət orqanlarının nümayəndələrinin apardıqları istintaq partlayışların ukraynların törətdiyini təsdiqləyir.
KONKRET.az Almaniyanı ZDF nəşrinə istinadən xəbər verir ki, müstəntiqlərin diqqətini altı nəfərlik qrupun olduğu Andromeda yaxtası cəlb edib.
Müstəntiqlər müəyyən ediblər ki, yaxtadakı qrup üzvüləri hadisədən əvvəl Ukraynada olublar. Partlayış baş verdikdən bir neçə gün sonra dəstə üzvüləri Kiyevə qayıdıblar. İstintaq qrupu bu faktı xüsusi texniki vasitələrlə sübut edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin katibi Mariya Zaxarova Almaniya, Danimarka və İsveçin "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlarla bağlı təhqiqatın gedişi barədə Moskvanı məlumatlandırması ilə bağlı xəbərləri təkzib edib. Onun sözlərinə görə, hər üç dövlət Rusiyanın hüquqi yardım və birgə istintaq qrupunun yaradılması ilə bağlı rəsmi müraciətindən imtina edib.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ