Almaz Ələsgərli qızlarının boşanmasından danışdı: 'Dalbadal ikisi də ayrıldı
"Uşaqlarıma görə pis günlərə qalmışam. Hər ana, ata istəyir övladı xoşbəxt olsun. Qızlarım ailə qurdu, amma dalbadal ikisi də ayrıldı. şükürlər olsun ki, indi böyük qızım ailə qurub. İki nəvəm var".
Azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli "Onun sirri" verilişində deyib. Müğənni qızları Mədinə və Əminənin illər əvvəl ailə qurub boşanmasından söz açıb:
"Bu yaxınlarda üçüncü nəvəm də dünyaya gələcək. Həyat davam edir, hər qazanın öz qapağı var. Hamının həyatında bu iş ola bilərdi. Hər şeyə biz hazır olmalıyıq. Elə bilirdim ki, qızlarım ailə quranda yaxşı olacaq. Yaxşı yaşamaları üçün canımı verdim, amma alınmadı. Gedib toyda oxuyanda da elə bilirdim toy üstümə gəlir. Deyirdim, axı niyə? Qızlarımı elə böyütdüm, tərbiyə verdim, hər şey etdim. Niyə onlar ayrıldı?".
A.Ələsgərli ayrıldığı həyat yoldaşının vəfat etdiyini bildirib:
"Onunla ailə qurmağımı valideynlərim istəmirdi. Heç kimə qulaq asmadım. Amma sonra alınmadı. İndi rəhmətə gedib, qızlarım atalarını unutmur. Mədinə xaricdən gələn kimi gedib qəbrini ziyarət edir. Əminə isə hər dəfə yada salır".
Qeyd edək ki, A.Ələsgərlinin iki qız övladı var. Mədinə hazırda İsveçdə yaşayır. O, ailə qurub və iki övladı var.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?