Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub
Xidmət yarımillik hesabatını açıqlayıb.
"Azercell", UNICEF Azərbaycan və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İB-nin birgə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" (AUQX) xidməti 2023-cü ilin ilk altı ayını əhatə edən hesabatını açıqlayıb. Müxtəlif çətinliklərlə üzləşən, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək vermək məqsədi daşıyan "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə sözügedən dövr ərzində ümumilikdə 2300-ə yaxın zəng daxil olub.
Uşaq qaynar xəttinə daxil olan müraciətlərin böyük hissəsi, 700-ə yaxın zəng, hüquqi prosedurları əhatə edib. Təhsillə bağlı 636, psixoloji problemlərə dair 610, sosial məsələlərlə bağlı 170, səhiyyə ilə bağlı 100-ə yaxın müraciət daxil olub. Zənglərin qalan hissəsi digər sahələrə aiddir.
Statistikaya əsasən müraciətlərin 51% qadın, 48% kişilər tərəfdən edilib, 1% isə anonim şəkildə qəbul olunub. 2023-cü ilin yanvar-iyun ayları ərzində müraciətinin araşdırılması zəruri olan 85 ailə mərkəzə dəvət olunub, problemlərindən asılı olaraq onlara hüquqi, psixoloji və psixososial yardım göstərilib, uşaqlarla isə 152 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Birbaşa AUQX çərçivəsində həll edilməsi mümkün olmayan müraciətlər AUQX xidməti tərəfindən müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarına yönləndirilib.
2010-cu ildən "Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti fəaliyyətini 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 nömrələri, elektron poçt, internet səhifəsi, "Facebook" və "Instagram" sosial şəbəkələri, İOS və "Android" sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir, 24/7 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying) kimi ciddi məsələlərlə bağlı geniş spektrdə dəstək verir. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR