Altı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTO

Altı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTO
"Nərimanov" elektrik deposunda qatarlara texniki-baxış sahəsi olan qanovların yenidən qurularaq əsaslı təmir olunması işləri mərhələli şəkildə davam etdirilir. Növbəti üç qanovda işlərin yekunlaşdırılması ilə müasir standartlar səviyyəsində təmir olunan qanovların sayı 9-a çatdırılıb.
Bu barədə Oxu.Az-a "Bakı Metropolitenin"dən məlumat verilib.
Bildirilib ki, ümumən, bu işlər "Nərimanov" elektrik deposunda aparılan silsilə yenidənqurma tədbirlərinin bir hissəsidir.
Buna qədər qaldırma təmiri və digər xidməti sahələrdə yenidənqurma tədbirləri aparılmaqla yeni alınan avadanlıqlar və tətbiq edilən stendlər də daxil olmaqla, işin ardıcıllığı, əmək şəraiti və təhlükəsizliyi, keyfiyyəti və səmərəsi artırılıb.
Onu da qeyd etmək lazımdır ki, 1966-cı ildə fəaliyyətə başlamış deponun qanovlarında irihəcmli təmir-bərpa işləri aparılmayıb və bu tədbirlər həm də dövrün tələbinə çevrilib.
Əsaslı təmir çərçivəsində qatarların əsas dayanacaq yeri olan qanovların ilkin mərhələdə yolları sökülüb. Daha sonra yeni beton özül qoyulmaqla, dərinliyinin normativ göstəricilərə uyğunluğu yoxlanılmaqla müvafiq tədbirlər görülüb. Yolun üstquruluş elementləri də tamamilə dəyişdirilərək, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. Texniki baxış-təmir sahəsinin hər iki başında baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub, döşəmə və divarları suvanaraq rənglənib.
Müasir texniki-normativ tələblər səviyyəsində yenidən qurulmuş qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.
Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizmlər quraşdırılıb.
Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Onu da əlavə edək ki, depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac- şpal dəmir-beton analoqu ilə əvəzlənib. Bu isə yollara qulluğu asanlaşdırıb, eyni zamanda, onların daha uzunömürlü olması, ölkə daxilində istehsal edilməsi çox böyük qənaət və səmərə deməkdir.
Tədbirlər çərçivəsində yolun üstquruluşu avadanlıqları və təmas relsi də yenilənir və mərhələli şəkildə davam etdirilir.
Altı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOQeyd edək ki, Azərbaycanda koronavirus pandemiyasının yayılması səbəbindən Bakı metrosu altı aydan çoxdur sərnişinlərə xidmət göstərmir.

Sosial       Tarix: 04 may 2021
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər sou xeberler kriminal xeber son xeber 2026