Altı aylıq övladının nişanələri ilə müharibəyə qatılan hərbçi - VİDEO

Altı aylıq övladının nişanələri ilə müharibəyə qatılan hərbçi - VİDEOAltı aylıq övladının nişanələri ilə müharibəyə qatılan hərbçi - VİDEO
Altı aylıq övladının qoxusunu üzərində gəzdirdiyi nişanəsindən alır. Sosial şəbəkələrdə yayılan bu görüntülərdəki hərbiçini yəqin ki çoxlarınız izləmisiniz. Ən təsirli məqamı isə hərbçinin şəhid olacağı təqdirdə övladının bu nişanələri ilə birlikdə dəfn edilməsini vəsiyyət etməsidir.
Report-un müxbiri hazırda azad olunmuş ərazilərimizdə xidmətdə olan hərbçimizin Cəlilabad rayonu Alar kəndindəki evində olub.
Döyüşlərin ilk günündən cəbhəyə könüllü yollanarkən Mehman Seyfullayevin yeganə övladı Fəridə cəmi altı aylıq olub. Artıq iki aya yaxındır ki, övladını görməyən atanın indi yeganə təsəllisi onun şəklinə baxmaq və corablarını qoxlamaqdır.
Hərbçinin həyat yoldaşı Zivər Seyfullayeva deyir ki, həyat yoldaşı ilə beş gün öncə danışıb:
"Onda dedi ki, Fəridənin üzü yadımdan çıxıb, əsgərlərin yanına sovqat göndərilən zaman istədim uşağın həm şəkilini, həm də corablarını da göndərim. Corabları özü almışdı. Körpəsinin qoxusunu hiss etsin, şəkilini də görüb xatırlasın. Görəndə də tanımayıb, elə bilib başqa uşağın şəklidir. Sonra deyib ki, yəqin Fəridədir. Görüb kövrəlmişdi".
Aylardır görmədiyi övadının nişanəsini ürəyinin başında gəzdirən Mehman Seyfullayev 10 milyonluq ürəkləri qoruyan vətən övladlarından biridir. Məhz onun kimi igidlərin doğmalarına olan sevgisi bizim 30 illik Vətən həsrətimizə son qoydu.
Əmisi Əfqan Seyfullayev deyir ki, Mehman Vətən Müharibəsinə getdiyi ilk gündən Suqovuşan kəndi və Goranboy rayonu istiqamətində bir çox döyüşlərdə olub:
"Həmişə xoş xəbərlər verib. Şuşanın alınmasında da şəxsən iştirak edib. O döyüşlərdə olub".
Məhz Mehman kimi qəhrəmanlarımız düşmənə aman verməyərək bizə şanlı qələbə bəxş edib. səkkiz aylıq balaca Fəridə atasının bu həsrətli günlərini gələcəkdə xatırlamasa da, onun iştirak etdiyi qəhrəmanlıq salnaməsini izləyəndə mütləq qürur duyacaq.

/oxu.az

Sosial       Tarix: 15 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Xanım deputata ağır itki

Deputat Səbinə Salmanovaya ağır itki üz verib. -un "Unikal"a istinadən məlumatına görə, mərhumun atası Qədir Salmanov dünyasını dəyişib. Mərhum sabah Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 3 mərasim

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"

Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı

Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil. Mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir. Dermatoloq-trixoloq

70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı

70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.  Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:. "Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımda

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Qızılın son qiyməti açıqlandı

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib. yenisabah-a istinadə

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler qarabag son xəbərlər cəbhədən video