Altı övlad anası uşaqlarını böyütmək əvəzinə, səsi olmadan müğənilik edir

Altı övlad anası uşaqlarını böyütmək əvəzinə, səsi olmadan müğənilik edir"Müğənnilik etmək ayıb deyil! Ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efirləri gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı vardır. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım".
azxeber.com xəbər veri ki, bu sözləri Əməkdar artist Mehriban Xanlaova övladlığa götürdüyü qızı haqda deyib.
O, yenidən qızından imtina edərək bəzi televiziya verilişlərinə xəbərdarlıq edib:
"Mən 06.12.2024 tarixində milyonların qarşısında, 35 il ərzində həm özünə, həm də altı övladına maddi və mənəvi analıq etdiyim bacım qızından imtina etdiyimi və məsuliyyət daşımadığımı ictimaiyyətə bəyan etmişdim. Həmin vaxt qeyd etmişdim ki, bu addımı atmağımın müxtəlif və ciddi səbəbləri var...
Bu səbəblərdən biri də ondan ibarətdir ki, altı övlad anası olan həmin şəxs, səsi və istedadı olmadığı halda, müğənnilik adı altında televiziya kanallarına çıxaraq mənim nüfuzuma xələl gətirmək niyyətində olmasıdır...
Müğənnilik etmək ayıb deyil! Ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efirləri gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı vardır. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım. Necə ki, illər ərzində bir çox istedadlı gənclərə bu dəstəyi göstərmişəm.
Buradan bütün televiziya kanallarına və aparıcılara müraciət edirəm: Reytinq qazanmaq məqsədilə həmin şəxsi efirə dəvət edib təqdim edərkən, onun olduğu yerdə mənim adımı çəkməyiniz qəti qadağandır! Əks təqdirdə, qanun qarşısında cavab verəcəksiz! Çünki mən həmin şəxsdən imtina etmişəm!
Bu məsələdə mənə dost deyən hər kəsin davranışını da qiymətləndirəcəm. Məni dost adlandıran insanlar, həmin şəxsi proqramlarına dəvət etməsinlər. Çünki mən istədadsız və səsi olmayan, altı övlad anasının müğənnilik fəaliyyətini qəbul etmirəm. Belə bir şəxsi ön plana çıxarmaq və təbliğ etmək, xüsusilə övladlarına qarşı məsuliyyətsiz davranışını nəzərə alaraq, gənclər üçün yanlış nümunə yaratmış olacaqsınız...
Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, müasir texnologiyaların imkanları ilə qarğa səsini belə, bülbül səsinə çevirmək mümkündür. Lakin həqiqi səs və istedad kompüter proqramları ilə deyil, canlı ifa ilə sübut olunur. Ona görə də, onun səsinin və istedadının gerçəkliyini öyrənmək istəyirsinizsə, canlı oxutdurun. O zaman hər kəs onun sənət iddiasının hansı səviyyədə olduğunu aydın şəkildə görəcək...
Sayğı və sevgilə Mehriban Xanlarova".
Aysel

Şou Biznes       Tarix: 01 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

Bahalı saatı gündəm oldu

Türkiyəli məşhur aktyor Çağlar Ertuğrulun taxdığı saat gündəm olub. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Lüks saat həvəskarlarının da marağına səbəb olan bu modelin yüksək qiyməti fotodakı diqqətçəkən məqamlarda

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal zelzele cəbhədən son dəqiqə havanın temperaturu