AMB faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.
KONKRET.az xəbər verir ki, AMB-nin 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, növbəti qərar sentyabrın 23-də elan ediləcək.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti iyulun 31-də keçirilən son iclasında faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlayıb. Hazırda uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% təşkil edir.
Son qərar inflyasiyanın dinamikası və proqnozları, valyuta bazarındakı vəziyyət və daxili maliyyə bazarında gedən proseslər nəzərə alınmaqla qəbul edilib.
Avqustda Azərbaycanda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Beləliklə, inflyasiya Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonunda qalmaqla onun yuxarı həddinə yaxın səviyyədədir. Mövcud inflyasiya dinamikası faizlərin azaldılması imkanlarını məhdudlaşdıran amillərdən biri kimi çıxış edir. Eyni zamanda inflyasiyanın hədəf diapazonunu aşmaması faizlərin artırılması istiqamətində təzyiqləri də zəiflədir. Bu baxımdan, sentyabr iclasında faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılması mümkün ssenarilərdən biri hesab oluna bilər.
AMB-nin son proqnozuna əsasən, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir.
Mərkəzi Bank əvvəlki qərarında növbəti dövrdə faiz dəhlizinə dair qərarların inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəyini bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur