AMEA-da yeni direktor iki şöbə müdirini və elmi katibi vəzifəsindən azad etdi
AMEA-da yeni direktor iki şöbə müdirini və elmi katibi vəzifəsindən azad etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun iki əməkdaşı işdən çıxarılıb, daha iki əməkdaşının isə vəzifəsi dəyişdirilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva vəzifəsindən azad edilib. İnstitutun Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova isə vəzifəsindən azad edilərək qurumun elmi katibi təyin olunub. Təhsil şöbəsinin müdiri vəzifəsinə institutun əməkdaşı Bahar Qasımlı təyinat alıb.
Eyni zamanda institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Hələlik qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.
Qeyd edək ki, ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və onun yerinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ