Amerikalı diplomat Ukraynanın məğlubiyyətindən danışdı: "Milyardlar da kömək etmir"
"Təxminən iki il əvvəl Rusiyanın tammiqyaslı işğalından sonra Bayden və komandası Ukraynaya dəstək üçün nəhəng koalisiya yaratdılar. Rusiyanı çökdürmək üçün 200 milyard dollardan çox hərbi və iqtisadi yardım, habelə Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalara əl atan koalisiyanın bu addımı bir nəticə vermədi".
KONKRET.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı keçmiş səfiri İvo Daalder "Politico"ya müsahibəsində deyib:
"Moskva Ukraynanı özünə tabe etməyə və Qərbin birliyini pozmağa nail ola bilmədi. Ukraynalılar siyasi müstəqillik və tam suverenliyi təmin etmək, NATO və Avropa İttifaqına üzv olmaq əzmində həmişəkindən fəal siyasət aparır. İndi ABŞ-də respublikaçıların Ukraynaya əlavə hərbi-iqtisadi yardıma qarşı artan kampaniyası Vaşinqtonun səylərini əngəlləyir".
Səfir onu da bildirib ki, Trampın hakimiyyətə gəlməsi Amerikanın Ukraynaya yardımını dayandıra bilər: "Ukraynaya edilən yardımların yarıdan çoxu ABŞ-dən gəlir və Avropanın kəsiri doldurmaq üçün nə ehtiyatı, nə də istehsal gücü var. Ukrayna bu cür çatışmazlığın nəticələrindən açıq şəkildə əziyyət çəkəcək. Çünki onun 1000 kilometrlik cəbhə xəttini tutması, raket və dron hücumlarına qarşı müdafiəsi Amerikanın davamlı dəstəyindən asılıdır. Beləliklə, Ukraynadakı müharibə 2024-cü ilin birinci yarısında uduzula bilər".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi