"Amnesty İnternational"ın HESABATI: "Qaranlıq otaqda qara pişik" AXTARIŞI

Çoxdan idi ki, "Amnesty İnternational"-dan səs-soraq yox idi. Nəhayət ki, səs gəldi. Təşkilat Qarabağda yaşlı insanların hüquqlarının pozulması haqqında 2 məruzə hazırlayıb. Birinci məruzə "Qutuda həyat" adlanır. Və bu hesabatda bəlkə də ilk dəfə Azərbaycan həqiqətlərinə bir qədər yer verilib. Məsələn, məruzədə deyilir: "Ermənistan qüvvələrinin mülki obyektləri məhv etməsi və vətəndaşların əmlakını müsadirə etməsi, habelə yerüstü minalardan geniş istifadəsi beynəlxalq humanitar hüquq normalarının pozuntusudur. Bu pozuntular nəinki köçkünlərin qayıtmaq hüququnu həyata keçirməsinə mane olur, həm də Azərbaycanın məcburi köçkünlərin münaqişənin əhatə etdiyi rayonlara köçürülməsi üzrə səylərinə ciddi maneə törədir".
Bununla belə hesabatda minalanmış ərazilərlə bağlı heç bir söhbət getmir. Halbuki ərazilərin minalardan təmizlənməməsi səbəbindən bir milyona yaxın soydaşımız Qarabağa, öz dədə-baba ocaqlarına qayıda bilmir. Ermənistanın təqdim etdiyi xəritələr isə minalanmış əraziləri dəqiqliklə ifadə etmir. Məhz buna görə də ərazilərin minalardan təmizlənməsi Azərbaycanın üzərində qalır. Bu proses isə çox çətin və uzun vaxt tələb edən məsələdir.
Çox təəssüf ki, aparıcı dövlətlərlə yanaşı beynəlxalq təşkilatlar bu məsələdə prinsipial mövqe nümayiş etdirmir. O cümlədən, "Amnesty İnternational"-ın son hesabatında da bu məsələdən söhbət belə açılmır. Üstəlik, son 30 ildə işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın tarixi və mədəni abidələrinin dağıtması faktları ilə bir cümlə belə yoxdur.
Bu azmış kimi təşkilatın hazırladığı ikinci hesabatda Azərbaycan qərəzli şəkildə ittiham olunur. "Ən son qaçış: Dağlıq Qarabağda münaqişə zamanı yaşlı insanların məcburi köçürülməsi və onlara qarşı hərbi cinayətlər" sərlövhəli ikinci məruzədə ermənilərə qarşı "cinayətlər"dən danışılır. Guya ki, ermənilər Qarabağda dini-irqi ayrı-seçkiliyə məruz qalıb. Onlara məxsus tarixi abidələr dağıdılıb.
Bu məruzəyə göz gəzdirəndə isə bir daha əmin olursan ki, "qozbeli qəbir düzəldəcək". "Amnesty İnternational" Azərbaycana qarşı son 25 ildə apardığı qərəzli mövqeyindən əl çəkmək fikrində deyil. Təşkilat yenə də "qaranlıq otaqda qara pişik" axtarır.
Çünki son 30 ildə əraziləri işğal olunan da, dədə-baba yuvalarından didərgin salınan da, mədəni-tarixi abidələri dağıdılan da azərbaycanlılardır. Lakin bu faktların hamısını ermənilərə şamil etməklə təşkilat öz sifətini gizlədə bilmir. Bu təşkilat bir faktı unudur ki, müstəqillik dövründə erməni yaşayış məntəqələri heç zaman Azərbaycan hökümətinin idarəetməsi altında olmayıb. 1991-1992-ci illərdə o vaxtkı DQMV birbaşa Moskvanın idarəçiliyi altında idi. Sonrakı illərdə isə Qarabağ və ətraf ərazilər ermənilər tərəfindən işğal edildiyi üçün Azərbaycan hökumətinin erməni yaşayış məntəqələrinə heç bir təsir imkanı olmayıb.
Ona görə də bəzi dövlətlərin təsiri altında olan "Amnesty İnternational"-nin Azərbaycan haqqında dedikləri hər zaman olduğu kimi qərəzlidir, qeyri-obyektivdir və reallıqdan çox-çox uzaqdır.
Surxay Atakişiyev,
KONKRET.az

Siyasi       Tarix: 20 may 2022
f Paylaş

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler xəbərlər.com en sonxeber xeber.az 2026