Ana dilim əsrlərin mənəvi körpüsüdür

Ana dilim əsrlərin mənəvi körpüsüdürHər bir xalqın mənəvi diriliyini, əbədiliyini, qocaman tarixin sinəsində qədimliyini təsdiq edən milli-mənəvi dəyərləri vardır. Bu dəyərlər zamanın sərt sınaqlarından süzülə-süzülə əsrlərdən-əsrlərə qovuşmuş, zəka sahiblərinin söz xəzinəsində qorunub, zənginləşib gələcək nəsillərə ötürülmüşdür.
Kökü tarixin dərinliklərinə söykənən ümumtürk mənşəli Ana dilimiz-Azərbaycan dili də milli-mənəvi sərvətimiz kimi milli kimliyimizin, varlığımızın sübutu olan qiymətli dəyərimizdir. Bu müqəddəs sərvəti  qorumaq, sevmək hər birimizin mənəvi borcudur.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.Türk dillərinin ilk lüğətini yazmış böyük türkoloq Mahmud Kaşğari "Divanü lüğəti-t-Türk"əsərinin əvvəlində  Məhəmməd peyğəmbərin türkün əzəmətinə inamını ifadə edən: "Türk dilini sevin, çünki onların uzun sürəcək bir hakimiyyəti  var" fikrini nümunə göstərməklə  bu dilin ecazkar qüdrətinin yenilməzliyini ifadə etmişdir.
Özbək şairi Əlişir Nəvai "Mühakimət ül-lüğəteyn" əsərində türk dilini fars, ərəb dilləri ilə müqayisə edərək  ərəb dilinin yalnız elm, fars dilinin yalnız poeziya dili, türk dilinin isə həm elm, həm poeziya dili kimi zəngin ifadə imkanlarına malik mükəmməl bir dil olduğunu nümunələrlə sübut etməyə çalışmışdır.
Azərbaycan yazılı ədəbiyyatının ilk mükəmməl mənbəyi hesab olunan "Kitabi-Dədə Qorqud" eposu  dilimizin mükəmməlliyi, ünsiyyət vasitəsi kimi ahəngdarlığı baxımından möhtəşəm  Ana dili  abidəsidir. Bədii zənginliyi ilə böyük maddi-mənəvi sərvət hesab olunan bu eposun dilindəki saf türk sözləri, bədii təsvir və ifadə vasitələri obrazlı təfəkkürə malik bir xalqın ünsiyyət vasitəsi olan ana dilimizin  kökünün daha qədim dönəmlərə təsadüf etdiyinin sübutudur.
Azərbaycan dili qədim olduğu qədər də könüloxşayan ahəngdar bir dildir. Söz ustadlarının qələmində öz ecazkar gücü ilə könüllər fəth edən Ana dilimiz tarixin sərt sınaqları ilə üzləşsə də, özəlliyini, milliyini qorumuş, bu gün istər respublikamızda, istərsə də respublikadan kənarda    milli varlığımızın göstəricisi kimi xalqımızı, milli kimliyimizi təmsil edən ünsiyyət vasitəsi olaraq böyük işlənmə funksiyasına malikdir.
Dil həm də bir dövlətin müstəqilliyinin, suverenliyinin göstəricisidir. Bu gün  sürətlə inkişaf edən Müstəqil Azərbaycanın rəsmi dövlət dili olan Azərbaycan dili bugünkü səviyyəyə çatmaq üçün  böyük inkşaf yolu keçmişdir.
İlk dəfə XVI əsrdə Şah İsmayıl Xətayi tərəfindən rəsmi dövlət dili elan olunmuş türk dili sonradan xarici işğalçıların  güclü təzyiqlərinə məruz qalaraq "tatar dili" və s. adlarla məhv edilmək təhlükəsi ilə qarşılaşmışdır. 
XIX əsrdə Azərbaycana səyahət edən əcnəbilər ana dilimizin ruhoxşayan ahəngdarlığını çox sevərək ona maraq göstərmiş, öyrənməyə çalışmışdırlar. Fransız səyyahı Aleksandr Düma öz qeydlərində ana dilimizi dəyərləndirərək qeyd etmişdir ki, fransız dili Avropada necə işləkdirsə, bu dil də Qafqazda  o qədər geniş yayılmışdır.
1918-ci ildə Azərbaycan  Demokratik Cümhuriyyətinin  dövlət dili elan edilən türk dili sovet dönəmində hər cür vasitələrlə rəsmilik funksiyasından məhrum edilmək təhlükəsi ilə üz-üzə  qalmışdır. Buna etiraz edən milli dəyərlərimizin, dilimizin təmsilçiləri, böyük söz sənətkarları  kütləvi repressiyalara məruz qalaraq məhv edilir, sürgün olunurdu.
Azərbaycan dilinin tarixən dəyişən və sabit olmayan durumunu dayandıran və onu təhlükədən xilas edərək rəsmi dövlət statusu səviyyəsinə yüksəldilməsi  ömür payını  vətənin, xalqın nurlu sabahlarına fəda edən  dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Türk-müsəlman ayrı-seçkiliyinin hökm sürdüyü XX əsrin 70-ci illərində Azərbaycan tarixinin dünya şöhrətli siyasi lideri  Heydər Əliyev ana dilinin hər bir xalqın həyatında mühüm rol olduğu fikrini cəsarətlə irəli sürərək, xalqı öz ana dilinə sevgi, qayğı ilə yanaşmağa səfərbər etməkdən çəkinməmiş və bugünkü Ana dilimizin tarixində böyük bir missiyaya xidmət edərək 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasının 73-cü maddəsinə Azərbaycan dilinin rəsmi dövlət dili kimi əlavə edilməsinə nail olmuşdur.
"Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini gərək incəliyinə qədər bilsin. Biz müstəqil Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini hakim dil etməliyik",- deyən Ulu Öndərin 2001-ci il 18 iyunda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi"ilə bağlı fərmanı Azərbaycan dilinin hər bir sahədə aparıcı olması, eyni zamanda onun saflığının qorunması sahəsində ən mütərəqqi imza idi. Onun 2001-ci il 9 avqustda imzaladığı sərəncama əsasən "Azərbaycan əlifbası və Azərbaycan dili günü" təsis edildi və hər il ölkəmizdə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı.
"Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər  bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi ana dilimizlə ifadə edə bilirik",- deyən lider əsrlərlə süni maneələrlə öz kökündən ayrılmağa cəhd edilən ana dilimizin, milli varlığımızın ümumtürk dünyasının ayrılmaz hissəsi olduğunu bir daha sübut edərək milli özünəgüvənc, özünüdərk kimi böyük tarixi missiyanı yerinə yetirdi.
Bu böyük missiya isə onun siyasi davamçısı, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
İlham Əliyevin 2004-cü il 12 yanvarda "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında " imzaladığı sərəncam imzaladı. Bu sərəncam əsrlərlə Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil kimi mütəfəkkirlərin böyük ideallarının reallaşması, türk dünyasına inteqrasiya üçün  möhtəşəm tarixi imza oldu. Kökü türk dilləri ailəsindən qaynaqlanan ana dilimizin türk düşüncə tərzinin ifadəsi olan latın əlifbasına keçidi dili, soyu bir xalqların bir-biri ilə mənəvi dünyasını bölüşməsi, doğmalaşması üçün böyük bir siyasi addım idi.
Prezident İlham Əliyev 2004-cü il 14 yanvarda "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında ", 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Qloballaşan dünyada mühüm əhəmiyyətli mənbələrin ana dilində kütləvi nəşri bir daha böyük siyasi lider İlham Əliyev siyasətinin aparıcı xətti kimi tarixi əhəmiyyətə malik bir xidmət oldu.
Onun "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında tədbirlər planı" haqqında sərəncamı Ana dilinin daha geniş məkanda yayılması, inkişafı üçün mühüm əhəmiyyət daşıyırdı.
2018-ci il noyabrın 1-də imzaldığı "Azərbaycan dilinin saflığçnın qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı ilə vətənpərvər lider Ana dilimizin yad təsirlərdən qorunması, saflığı, özəlliyinin saxlanılmasına böyük imza atmaqla hər bir azərbaycanlının öz dilinə sevgi, qayğı ilə yanaşmasına  səbəb oldu.
Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici dilə ehtiyac yoxdur,-deyən prezident bu dilin 50 milyonluq bir xalqın ünsiyyət vasitəsi olmasını fəxarət və qürur hissilə ifadə edərək  əsrlərin bu böyük mənəvi sərvətinin qiymətini bilməyin, qayğısına qalmağın, yad təsirlərdən qorumağın vacibliyini ifadə etmişdir. 
Mən isə fikirlərimi vətən sevdalı şairimiz Xəlil Rza Ulutürkün misraları ilə yekunlaşdırmaq istərdim:
                      Sağdır dilim,
                      Demək, sağdır şərafətim, ləyaqətim.
                      Sağdır, demək, 
                      milyon yaşlı məmləkətim.
                      O sahili bu sahilə birləşdirən
                      Polad körpüm, qılıncımdır,
                      Günəşimdir mənim dilim!
Bikə Allahverdiyeva
Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin müəllimi / azxeber.com

Siyasi     Baxılıb: 105   Tarix: 01 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Vens bu tarixdə Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, dövlə

Lavrov: ATƏT dərin böhran içindədir

ATƏT dərin böhran içindədir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İsveçrənin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kassis və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşdə bildirib. Onu

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib

"Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır".  xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İsha

Zelenski və Putin görüşəcək, müharibə bitəcək, Donbass isə... - Sibiqadan ŞOK ETİRAF

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, sülh sazişinin ən mürəkkəb bəndlərinin razılaşdırılması üçün Ukrayna və Rusiya liderlərinin şəxsi görüşü zəruridir. KONKRET.azxəbər verir ki, o, bu barədə Reuter

Vensin Azərbaycana səfər tarixi açıqlandı

ABŞ-ın vitse-prezidenti Devid Vens 9-10 fevral tarixlərində Ermənistana, daha sonra isə 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlaması zaman

Ceyhun Bayramov türkiyəli həmkarı ilə müzakirə apardı

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub. Xaric

Dünya şokdadır: Epşteynin kamerasından yeni görüntülər hər şeyi dəyişdirəcək

ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin intihar etdiyi gecə ilə bağlı yeni görüntülərdə "narınc

Tramp Xameneiyə son şans verdi: İran bunu etməsə sabah müharibə başlayacaq

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar keçiriləcək. KONKRET.azxəbər verir ki, müzakirələri

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - FOTOLAR

Pakistanda səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.  xəbər verir ki, görüşd


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı cəbhədən yeni xəbərlər son xəbər bugünki xəbərlər