Ermənistandakı seçkilərdə kim qalib gələcək? - SENSASİON PROQNOZ

Ermənistandakı seçkilərdə kim qalib gələcək? - SENSASİON PROQNOZ"Nikol Paşinyanın rəhbərlik etdiyi hakim qüvvə hazırda Ermənistan daxilində keçiriləcək parlament seçkilərinin əsas favoriti kimi görünür. Baxmayaraq ki, Paşinyan 2021-ci il seçkilərində olduğu qədər güclü ictimai dəstəyə malik deyil, yenə də rəqiblərini qabaqlayan əsas siyasi fiqurdur. Cəmiyyətdə ona qarşı həm narazılıq, həm də ciddi dəstək mövcuddur. Onu dəstəkləyənlər ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edir. Bununla yanaşı, qərarsız seçici kütləsi də kifayət qədər böyükdür və seçkinin nəticəsinə ciddi təsir göstərə bilər. Qərarsız seçicilərin mühüm hissəsi keçmiş hakimiyyət nümayəndələrinin yenidən iqtidara qayıtmasına ehtiyatla yanaşır və əvvəlki siyasi sistemə inamsız münasibət bəsləyir".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
Ermənistandakı seçkilərdə kim qalib gələcək? - SENSASİON PROQNOZ"Paşinyan da məhz bu məqam üzərində siyasi kampaniya qurmağa çalışır. O, çıxışlarında keçmiş hakimiyyətləri öz maraqlarını dövlət maraqlarından üstün tutmaqda ittiham edir və Qarabağ məsələsi ilə bağlı əvvəlki siyasətin Ermənistan üçün ağır nəticələr yaratdığını vurğulayır. Paşinyan cəmiyyətə anlatmağa çalışır ki, Azərbaycan torpaqlarının işğalda saxlanılması Ermənistan xalqına böyük insan və iqtisadi itkilər bahasına başa gəlib və bu siyasət ölkənin gələcəyinə xidmət etməyib.
Müxalifət fəallıq göstərsə də, vahid siyasi qüvvə formalaşdıra bilməyib.  Robert Köçəryan, Qaqik Tsarukyan və Samvel Karapetyan kimi fiqurlar Paşinyanın əsas rəqibləri hesab olunur. Lakin xüsusilə Köçəryan-Sarkisyan dövrü ilə bağlı cəmiyyətdə müəyyən etimadsızlıq qalmaqdadır və Paşinyan da bunu seçki kampaniyasında əsas arqumentlərdən biri kimi istifadə edir".
Siyasi şərhçi qeyd edir ki,hazırkı mənzərə göstərir ki, Paşinyanın yenidən qalib gəlməsi kifayət qədər real ehtimaldır.
"Hərçənd əvvəlki seçkilərdə olduğu kimi çox böyük fərqlə qalib gəlməsi çətin görünür. Seçkinin nəticəsinə kampaniyanın gedişi, mümkün etiraz aksiyaları, xarici siyasi amillər və həm hakimiyyətin, həm də müxalifətin cəmiyyətə nə dərəcədə inandırıcı mesaj verə bilməsi ciddi təsir göstərəcək.
Paşinyan son çıxışlarında təhlükəsizlik və sabitlik faktorunu ön plana çıxarır. O, bildirir ki, regionda son aylarda müşahidə olunan nisbi sabitlik və gərginliyin azalması qorunmalıdır. Paşinyanın mesajı əsasən belədir: əgər əvvəlki siyasi qüvvələr yenidən hakimiyyətə qayıdarsa, Ermənistan yenidən qarşıdurma və qeyri-sabitlik dövrünə dönə bilər. Bu arqument hazırda onun seçki strategiyasının əsas sütunlarından biridir".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 12 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri