Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib?
Şəkinin Çeşməli kənd sakini Azər Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək oğlunun problemi ilə bağlı aidiyyəti qurumdan kömək istəyir.
KONKRET.azxəbər verir ki, o bildirir ki, 25 yaşlı övladı Elməddin Abdullayev anadangəlmə bağırsaq keçməzliyindən əziyyət çəkir. Ağır xəstəliyi olan gəncə 2005-ci ildən əlillik təyin edilsə də, 2024-cü ilin noyabrında pensiyası kəsilib.
Elməddin Abdullayev deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmır:
"Oğlum üçün çox qapılara getmişik, çox xəstəxanaları gəzmişik. İşləyə bilmir, məktəbə, hərbi xidmətə gedə bilməyib. Ağır əməliyyatlardan çıxmış adamın pensiyası kəsilməli deyil. Özüm fəhləyəm. Qazandığım pulları onun yolunda tökmüşəm. Dərman qəbul etməsə, həftələrlə ağrı çəkir".
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Elməddin Abdullayevin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son bir il ərzində tibb müəssisəsi tərəfindən heç bir "Forma 88" göndərişi rəsmiləşdirilməyib:
"Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Elməddin Abdullayevlə bağlı yeni "Forma 88″ sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər".
Daha ətraflı videomaterialda:

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib