Anadolu universitetinin professoru tələbə-jurnalistlərə ustad dərsi keçdi - FOTOLAR
Türkiyənin Anadolu Universitetinin Mətbuat və yayım bölümünün professoru Ömər Özər Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib. Tədbirdə professorun "Mediada şiddət xəbərlərinin işıqlandırılması" mövzusunda mühazirəsi dinlənilib.
azxeber.com xəbər verir ki, professor tələbələrə şiddətlə bağlı xəbərlərin kütləvi informasiya vasitələrində yayılmasının fəsadları barədə ətraflı məlumat verib, problemin etik tərəflərinin aktual olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, intihar xəbərlərinin, ailədaxili zorakılıq hallarının ictimailəşdirilməsi, həmçinin qadına şiddətlə bağlı informasiyaların geniş auditoriyalara ötürülməsi belə neqativ nümunələrin cəmiyyətdə yayılmasına və adiləşməsinə səbəb ola bilər.
Türkiyə mediasından praktik örnəklər gətirən professor bu halların qarşısının alınması üçün gənc jurnalistlərə etik kodekslərə ciddi əməl etməyi və məsələyə həssas yanaşmağı tövsiyə edib.
Sonda professor tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, professor Ömər Özər mədəniyyətlərarası kommunikasiya, kommunikasiya nəzəriyyələri və xəbər sosiologiyası, televiziya jurnalistikası üzrə bir çox elmi tədqiqatların müəllifidir.



Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var