ANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilib

ANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilib
Oktyabrın 2-dən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən 67 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş 70 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun E.Sadıqov küçəsi, Muğanlı, Diləğanlı, Boyat, Minəxorlu, Rəncbərlər, Poladlı, Cəfərli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonu Alıbəyli və Mərzili kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Alxanlı kəndi və 5-ci Zobcuq qəsəbəsi, Goranboy rayonunun Goran qəsəbəsi və Boluslu kəndi, Şəmkir rayonunun Sabirkənd kəndi, Xızı rayonunun Türkoba kəndi, Tərtər rayonunun İ.İsgəndərov küçəsi, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (2 ədəd 300 mm-lik raket (9M528), 12 ədəd tank əleyhinə idarə olunmayan raket (5 ədəd PQ-22, 3 ədəd PQ-9 və 4 ədəd PQ-7) və 32 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket yerində işarələnib və növbəti iş günü ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.
Ümumilikdə agentlik tərəfindən sentyabrın 27–dən oktyabrın 4-dək 200 siqnal (əməliyyat çağırışı) əsasında 194 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 66 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 69 ədəd partlamış raket hissələri aşkar olunub.
ANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilibANAMA tərəfindən cəbhəboyu ərazilərdə təxirəsalınmaz əməliyyatlar keçirilib

Sosial       Tarix: 05 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər en son xeberler sonxeber.az sou biznes